Dişlər incidəndə...

Dişlər incidəndə...Diş xəstəliklərinin ən müxtəlif formalarına tez-tez rast gəlinir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fitoterapevt Fuad Mahmudov deyib: "Diş əti iltihabına və diş ərpinə qarşı ən yaxşı vasitə qurd pəncəsi bitkisidir. Həmin bitkinin kökündən 1 xörək qaşığı 1 stəkan suya tökülərək 5 dəqiqə ocaqda qaynadılır. Süzüləndən sonra soyudulur və gündə 3-4 dəfə dişlər dəmləmə ilə yaxalanır. Qurd pəncəsi dəmləməsi dişləri soyuqdəymə və digər xəstəliklərdən də etibarlı şəkildə qoruyur.
Bəzən ən yumşaq diş fırçasından istifadə ediləndə də diş ətində qanamalar baş verir. Onunla üzləşməmək üçün 1 xörək qaşığı quru sürvənin üzərinə 1 stəkan qaynar su tökülür, ağzı bağlanır və 20 dəqiqə sonra süzülərək ağız yaxalanır. Prosedur səhər və axşam aparılır".
Fitoterapevt diş ağrısını sakitləşdirmək üçün nə etmək lazım gəldiyi barədə də məlumat verib: "Ağrını sakitləşdirmək üçün ən sadə üsullardan biri belədir: qara turpun qabığı təmizlənir, xırda doğranır və ətçəkəndə çəkilir. Üzərinə 2 stəkan su əlavə olunub ocağın üstünə qoyularaq qaynadılır, 5 dəqiqə sonra götürülür, soyudulur, ağzı bağlanır. Alınan məhlulla ağızı tez-tez yaxalamaq sakitləşdirici təsir göstərir.
Məhlul mütləq soyuducuda saxlanılmalıdır və dörd gündən bir onu yenidən hazırlamaq lazımdır. Müalicə bir ay aparılır. Doğrudur, nəticə o qədər də tez alınmır, lakin bir müddət sonra müalicənin səmərəsi mütləq hiss olunur."
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1690   Tarix: 29 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir

Uzun və sağlam ömür sürmək hər kəsin arzusu olsa da, gündəlik vərdişlərimiz fərqinə varmadan bu yolda ciddi maneələr yaradır. Xüsusilə pandemiya sonrası dəyişən həyat tərzi və oturaq rutinlər erkən ölüm riskini artıran əsa

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

turlar.az

qadin dunyasi donlar 2026 qis geyimləri 2026 üzdə sızanaqlar göz xəstəlikləri qadin psixologiyasi həftəlik bürclər kosmetika qurd xəstəliklərinə qarşı mualicə yemek reseptleri bir arzum var turpun nağlı sac modelleri