Doğru hesab etdiyimiz 5 GİGİYENİK SƏHV - VİDEO

Doğru hesab etdiyimiz 5 GİGİYENİK SƏHV - VİDEOSağlam olmaq və immuniteti möhkəm saxlamaq üçün gigiyena qaydalarına əməl etmək vacib şərtdir. Ancaq bir çox insan doğru olduğunu düşünərək bəzi gigiyenik səhvlər edir.
Milli.Az bu mövzuda ən çox yayılan yanlışları təqdim edir.
1) Tez-tez duş qəbul etmək
Tez-tez duş almaq gec yuyunmaqdan daha təhlükəlidir. Kolumbiya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssislərinin araşdırmasına görə, çox duş qəbul etmək dərinin qurumasına və çatlamasına səbəb olur. Bu da mikrobların bədəninizə yaralar vasitəsilə daha sürətli nüfuz etməsi deməkdir. Mütəxəssislər gündə bir dəfədən artıq duş qəbul etməyi yanlış hesab edir.
2) Tualetdən əvvəl əlləri yumamaq
Mikrobları və saysız-hesabsız bakteriyaları tək tualetdə dəyil, evinizin hər küncündə tapa bilərsiniz. Əlləriniz uzun müddət yuyulmadığı təqdirdə, saysız-hesabsız bakteriya mənbəyinə çevrilir. Mütəxəssislər tualetə girməzdən 20 saniyə əvvəl əllərinizi sabunla yumağı tövsiyə edir.
3) Unitaz düyməsini barmaqlarınızın ucu ilə basmaq
Tualetin ən təhlükəli yerlərindən biri unitazın təkan düyməsidir. Araşdırmalara görə, unitaz düyməsinə basdıqdan 90 dəqiqə sonra bütün bakteriya və damlalar hələ də səthdə qalır. Buna görə, sifonu barmaqlarınızın ucu ilə deyil, yastı tərəfi və ya arxası ilə basmağa çalışın. Beləliklə, bakteriyaların ətrafa yayılmasının qarşısını almış olacaqsınız.
4) Uzun müddət eyni yastıqda yatmaq
İçərisində quş tükü olan yastıqlar tozu özünə tez çəkir və kifə zəmin hazırlayır. Bu vəziyyət zamanla sifətinizdə demodekoz (qızartı) kimi problemlərə səbəb ola bilər. Digər bir araşdırmaya görə, toz burunda və yuxarı tənəffüs yollarında tıxanıqlıq yaradır. Bu baxımdan yüksək temperaturda yastığınızı su ilə yumaq və mütəmadi dəyişməyiniz sağlamlığınız üçün daha faydalıdır.
5) Üzü qatı sabunla yumaq
Bir çox insan demək olar ki, fərqində olmadan üzünü qatı sabunla yuyur, bununla daha təmiz olacağını düşünür. Ancaq sabun məsamələri tıxayır. Dəridəki pH səviyyəsini (dərinin turşuluq vahidi) və qoruyucu baryeri məhv edir. (publika.az)

Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 07 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar