Doğuş müjdəçiləri: doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamət

Doğuş müjdəçiləri: doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamətYaxınlaşan doğuşun müjdəçiləri - orqanizmin uşağın dünyaya gəlməsinə hazırlaşdığını göstərən əlamətlərdir.
Aşağıda sadalanan simptomlar müxtəlif səbəblərdən qaynaqlana bilərlər: uşaqlıq boynunun hazırlığı, dölün yerdəyişməsi, hormonal yenidən qurmalar, - lakin onların hamısı bir şeydən xəbər verir: sizin hamiləliyiniz yavaş-yavaş sona çatır və tezliklə siz öz körpənizlə tanış ola biləcəksiniz.
Doğuş müjdəçiləri nə vaxt meydana gəlirlər?
Müjdəçilər doğuşa nə qədər müddət qalmış ortaya çıxırlar? Orqanizm doğuşa hələ bir neçə ay qalmış hazırlaşmağa başladığından, yaxınlaşan doğuşun ilk əlamətlərini diqqətli ana hələ hamiləliyin 36-37 həftələrində hiss edə bilər. Yaxınlaşan doğuşun digər müjdəçiləri doğuşdan bir gün qabaq və doğuş günündə meydana gəlir.
Beləliklə, aşağıdakı əlamətlər doğuşun yaxınlaşdığını göstərir:
1. Qarının aşağı düşməsi
Sizin gələcək körpəniz doğuş üçün ən rahat mövqeyə keçir. Dölün başı kiçik çanağa endiyi anda siz qarının azacıq aşağı düşdüyünü hiss edəcəksiniz.
Qarın nə vaxt aşağı düşür? Adətən ilk dəfə uşaq doğan qadınlarda qarın hamiləliyin 34-36 həftəsində aşağı düşür, təkrar doğuş keçirənlərdə isə bu doğuşdan bir neçə gün əvvəl və ya artıq doğuş fəaliyyətinin başlaması ilə baş verir.
Qarnın aşağı düşdüyünü necə bilmək olar? Siz daha asan nəfəs almağa başlayırsınız, sinə və qarın arasında ovucunuzu yerləşdirə bilirsiniz, sidik kisəsinə təzyiq artır və siz tualetə daha tez-tez getməyə başlayırsınız. Qıcqırma daha az-az baş verir və ya ümumiyyətlə keçib gedir.
2. Selikli tıxacın aralanması
Selikli tıxac bütün hamiləlik dövrü ərzində uşaqlıq boynunun kanalında yerləşən selik yığınıdır. Selikli tıxac müxtəlif cür görünür: bəzən bu rəngsiz maye ifrazatlardır, bəzən isə çəhrayi və ya qəhvəyi rəngdə selikdir.
Selikli tıxac nə vaxt aralanır? Tıxac doğuşdan bir neçə həftə əvvəl - hamiləliyin 36-37 həftəsində aralana bilər, bəzi hallarda isə o doğuş fəaliyyətinin başlamasından bir gün qabaq – 38-39-40-cı həftədə aralanır. Bundan başqa, tıxac bir neçə dəfə, hissə-hissə aralana bilər.
3. Çəkinin azalması
Qadın hamiləliyin bütün dövrü ərzində çəkidə artmağa davam edir və doğuş anınadək 11-dən 16 kq-dək toplaya bilər və bu tamamilə normaldır.
Doğuşa bir neçə gün qalmış qadın çəki artımının dayandığını və hətta 1-1,5 kq "arıqladığını" hiss edə bilər. Çəkinin azalması yaxınlaşan doğuşun müjdəçilərindən biridir və bu şişlərin çəkilməsi və embrion ətrafı suların miqdarında azalma hesabına baş verir.
4. Məşq sancılarının tez-tez baş verməsi
Brekston Hiks sancıları (yalançı, məşq sancıları) doğuşdan əvvəlki günlərdə daha tez-tez baş verə bilər. Belə sancı zamanı qarın ağırlaşır və sanki daşlaşır. Adətən məşq sancıları ağrı vermir, lakin doğuşa bir az qalmış onlar bel nahiyəsində və qarının aşağı hissəsində sızıldayan ağrılarla müşahidə olunurlar.
Məşq sancılarının əsl sancılardan əsas fərqi ondan ibarətdir ki, onlar müntəzəm deyil və bədənin vəziyyətini dəyişəndə keçirlər. Lakin hamilə qadına yadda saxlamaq lazımdır ki, bir gün məşq sancıları həqiqi sancılara keçə bilərlər, buna görə də, onları lazımi qədər qiymətləndirməmək olmaz.
5. Həzm pozğunluğu
Doğuşa bir neçə gün qalmış hamilə qadın ürəkbulanma, qusma, qarında ağrılar və diareya kimi simptomları hiss edə bilər. İshal doğuşdan bir neçə gün əvvəl meydana gələ bilər. Həzm pozğunluğunun yaranmasının səbəbi, başqa orqanlarla yanaşı bağırsaqlara da təsir edən hormonal dəyişikliklərdir.
6. "Yuva qurma" instinkti
Hamiləliyin son dövrlərində hamilə qadınları əldən salan güclü yorğunluq gözlənilmədən evi təmizləmə işlərinin aparılmasına və ya bütün günü plitənin yanında keçirmək istəyinə çevrilə bilər. Bunu "yuva qurma" instinkti adlandırırlar. Əgər siz körpə ilə görüşə hazırlaşmaq istəyirsinizsə bu normaldır, lakin çalışın ki, həddindən artıq taqətdən düşməyəsiniz, çünki yaxın günlərdə sizi çoxlu güc tələb edən iş gözləyir.
Doğuş müjdəçiləri olmayanda nə etməli?
Siz hamiləliyin artıq 40-41-ci həftəsindəsiniz, doğuş müjdəçiləri isə hələ də yoxdur? Ruhdan düşməyin, bu hələ o demək deyil ki, sizin orqanizm doğuşa hazırlaşmır. Yadda saxlayın ki, hər bir hamiləlik unikaldır və siz öz hisslərinizi tanışlarınızın və ya rəfiqələrinizin hissləri ilə müqayisə etməməlisiniz.
Müjdəçilərin olmaması heç bir halda o anlama gəlmir ki, sizin hamiləliyiniz vaxtından artıq çəkəcək, doğuş isə başqalarından daha çətin keçəcəkdir. Daha yaxşı şeylərə köklənin, çünki uşağınızla görüşünüzə saylı günlər qalıb!
Ginekoloq.az

Xəbərlər     Baxılıb: 6993   Tarix: 27 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

turlar.az

qaşların formalari kosmetoloq hamiləlik şorba reseptləri vegetativ sinir sistemi xınayaxdı sözləri uşaq psixologiyası kosmetika efsaneler novruz bayrami veten haqqinda bayatilar sperma novruza aid hakisda