Doğuş zamanı qadının ölüm SƏBƏBLƏRİ...MÜTLƏQ OXUYUN

Doğuş zamanı qadının ölüm SƏBƏBLƏRİ...MÜTLƏQ OXUYUNHal-hazırda televiziya və internet mənbələrindən biz tez-tez doğuş zamanı ölüm halları haqqında məlumatlar alırıq.

Əksər hallarda ölən qadınların qohumları, təbii ki, həkimləri günahlandırır. Bəli, həkimin səhvi qadının doğuş zamanı ölümünə səbəb ola bilər, lakin ölümün səbəbi digər amillərlə də bağlı ola bilər.

Beləliklə, doğuş zamanı qadının ölüm səbəbi nə ola bilər? Həmin səbəbləri təqdim edir.

– Əsas səbəb qadınlarda olan somatik xəstəliklərdir. Bu xəstəliklərin arasında hipertoniya, ağır şəkərli diabet, ağır ürək-damar, ağciyər, böyrək, beyin və s. xəstəliklər var. Hamiləlik qadın orqanizmi üçün çox ciddi yükləmədir. Sağlam qadının orqanizmi bu yükləmənin öhdəsindən gəlir. Lakin xəstə qadının orqanizmi buna dözməyə bilər ki, nəticədə qadın hamiləlik, doğuş zamanı və ya doğuşdan sonra ölə bilər.

– Digər səbəb – qanaxmalardır. Qanaxma həm doğuş zamanı, həm də doğuşdan sonra inkişaf edə bilər. Doğuşdan sonra inkişaf etmiş qanaxma qadını az bir müddət ərzində öldürə bilər. Qanaxmanı digər üsullarla dayandırmaq mümkün olmadıqda, uşaqlıq cərrahi yolu ilə xaric oluna bilər.

Doğuşdan sonra evə yazılmış qadın öz vəziyyətinə qarşı çox diqqətli olmalı və qanaxmanın artmasını hiss etdikdə dərhal həkimə müraciət etməlidir.

– Sepsis doğuş zamanı ölümün digər səbəbidir. Sepsis zamanı qana təhlükəli mikroblar düşür ki, bunun nəticəsində qadın həlak ola bilər. Təbii ki, bu, ev şəraitində doğan qadınlar üçün daha aktualdır. Müasir doğum evlərində və klinikalarda lazım olan sterillik təmin olunur.

– Gecikmiş toksikoz (hestoz) çox ağır hamiləlik patologiyasıdır. Hestoz zamanı bir çox orqanlarda (ürək, beyin, böyrəklər, qaraciyər və s.) ciddi pozulmalar yaranır ki, bu pozulmalar hamiləlik zamanı, doğuş zamanı və doğuşdan sonra qadının ölümünə səbəb ola bilər. Hestoz tam sağlam qadınlarda inkişaf edə bilər. Hestoz zamanı qadın orqanizmində olan bütün damarların spazmı inkişaf edir. Bu spazm nəticəsində qan orqanizmin orqan və sistemlərinə oksigeni və qidalı maddələri normal miqdarlarda çatdıra bilmir və bu müxtəlif və çox ciddi pozulmalara (böyrək çatışmazlığı, insult və s.) səbəb olur. Məhz bu səbəbdən qadın hamiləlik zamanı daim həkimlərin nəzarətində olmalı və hestoza ilk şübhələr yarandıqda lazım olan müalicə almalıdır.

– Emboliya. Bu ağır fəsadı proqnozlaşdırmaq olduqca çətindir. Emboliya zamanı dölyanı maye qana düşərək ürəyə çata bilər ki, bunun nəticəsində ürəyin damarlarında güclü spazm, damarın tutulması kimi hallar yaranır. Bu isə bir çox hallarda ölümə səbəb olur. Dölyanı maye qana qeysəriyyə kəsiyi əməliyyatı zamanı, hamiləlik və ya doğuş zamanı uşaqlığın yırtılması nəticəsində, dölyanı qişaların patologiyaları zamanı düşə bilər. Xoşbəxtlikdən, bu çox nadir patologiyadır.

– Narkoz. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı istifadə olunan anesteziya qadının ölümünə səbəb ola bilər.

//saglamolun.az

Ailə və Uşaq     Baxılıb: 3112   Tarix: 29 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

makiyaj instagram həkim məsləhəti geyim dəbləri salatlarin hazirlanmasi qadin saytlari sonsuzluq maraqli pecenyeler kosmetika qadin.az mekteb naz mila gulmeli hakista oğlaq