Doğuşdan sonra intim münasibət - təhlükəlidirmi?

Doğuşdan sonra intim münasibət - təhlükəlidirmi?Doğuş qadın həyatının dönüş nöqtələrindən biridir. Uşaq dünyaya gətirdikdən sonra yaşayacağınız fiziki-mənəvi dəyişikliklər intim həyatınızdan da təsirsiz ötüşməyəcək. Bəs doğuşdan sonra intim həyatda hər şey əvvəl olduğu kimi olacaq, yoxsa..? ATV.az ailem.az-a istinadən bununla bağlı bəzi bilgiləri təqdim edir

İlk həftələrdə seksə qarşı istəksizlik yaşayırsınız?

Doğuş sonrası seks istəyi müəyyən müddətə azala bilər. Bu, əsaəsn, qadının psixoloji halıyla əlaqədar olur. Seks istəyi 12-ci həftədən sonra əvvəlki vəziyyətinə dönür. Əslində doğuşun ilk həftələrində müvəqqəti yaranan ağrılar kəsilənə kimi bir-birinizdən uzaq durmağınız daha məsləhətlidir. Əks halda ağrılarınız arta bilər. Belə halda həkim məsləhətilə müəyyən mazlardan istifadə edə bilərsiniz. Mütəxəssislərin sözlərinə görə, cütlüklər doğuşdan sonrakı 3 ay ərzində ehtiyatlı davranmalı, intim həyatı mümkün qədər az yaşamalıdırlar. Amma aranızda seks olmasa belə, bunu problemə çevirmədən, sadəcə gözləyin. Həyat yoldaşınızla aranızda olan hiss bağlılığını itirməməyə çalışın. Bu, müvəqqəti problemdir. Ona hər şeyi izah edin və inanın, həyat yoldaşınız bunu normal qəbul edəcək.

Sinə və seks

Yataqda aktiv pozalardan imtina edin. Əgər körpənizi ana südü ilə yedirirsinizsə, seksdən əvvəl uşağınızı əmizdirin. Südün axması seksual istəyinizi zəiflədə bilər.

Qorunma

Yeni ana olan xanımlara qorunmaq məsləhət görülür. Çünki, yeni ana olmanız hamilə qalmaq ehtimalını azaltmır. Fasiləsiz doğuşun isə orqanizmə böyük ziyanı var. Qeysəriyyə əməliyyatı ilə doğuş edən qadınlar isə daha diqqətli olmalıdırlar. Normal tikiş yerlərinin bərpa olunma müddəti 7-15 gün arasıdır. Ağır əməliyyatlar keçirən qadınlar isə daha uzun müddət – 3-10 həftə müddətində intim həyatdan imtina etməlidirlər.

Yeni ata olmuş kişilər – Diqqətli olun!

Təbii ki, yeni doğulmuş körpəniz sizinlə eyni otaqda yatacaq. Seks zamanı onu başqa otağa keçirə və ya özünüz başqa otağa keçə bilərsiniz. Körpənin oyaq olması məsləhət deyil. Sizə manə ola bilər. Aparılan təcrübələr göstərir ki, doğuşdan sonra cütlüklər arasında cinsi istəyin azalmasının əsas səbəblərindən biri yuxusuzluq problemidir.

İlk günlər bərabərlik yaşaya bilməsəniz də birlikdə vaxt keçirməyə, xanımıza mənəvi dəstək olmağa çalışın. Körpənin doğumu əvvəlki intim münasibətlərinizə təsir edəcəyini düşünürsünüzsə, xanımızla bu barədə bölüşün. Çünki, o da sizinlə eyni fikirdə ola və bunu dilə gətirməyə utana bilər.

Ailə və Uşaq     Baxılıb: 4593   Tarix: 04 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

makiyaj instagram qadin dunyasi kosmetoloq şorbalar türk şirniyyatları reseptler atalar sözləri kosmetika vətən masqalar turpun nağlı azerb clpaq qadinlari masturbasiya nedir