Doğuşdan sonra saçların tökülməsi. MƏSLƏHƏTLƏR

Doğuşdan sonra saçların tökülməsi. MƏSLƏHƏTLƏRDoğuşdan sonra qadınların bir çox hissəsi saçların intensiv şəkildə tökülməsi ilə üzləşir.
Bu qadının orqanizmində baş verən güclü hormonal dəyişikliklərlə bağlıdır. Adətən saçlar doğuşdan 3-6 ay sonra tökülməyə başlayır və bu bütün əmizdirmə dövrü ərzində davam edir.
Lakin bundan qorxmaq lazım deyil. Əksər qadınlarda saçlar bir müddətdən sonra tam bərpa olunur. Məsələ burasındadır ki, qadın hormonları qadınları keçəlləşmədən qoruyur. Bu səbəbdən keçəlləşməyə qadınlar arasında kişilərlə müqayisədə çox nadir hallarda rast gəlinir. Bu təbiətin qanunudur. Lakin saçların daha tez bərpa olunması üçün qadın bəzi tövsiyələrə əməl etməlidir.
- Əmizdirən analar üçün xüsusi vitamin-mineral kompleksləri mövcuddur ki, bu komplekslərin tərkibinə, o cümlədən, saçların Sağlamlığı üçün vacib olan maddələr daxildir.
- Sağlam tamdəyərli qidalanma da olduqca vacibdir. Bir çox hallarda uşağa baxımla məşğul olan cavan ana qidalanmasına fikir vermir, vaxtında qidalanmır. Bu qəti şəkildə yolverilməzdir. İlk növbədə bu qadının ümumi səhhəti üçün ziyanlıdır. Digər tərəfdən orqanizmdə lazım olan vitamin və mikroelementlərin çatışmazlığı ilk növbədə dəri və saçların vəziyyətinə təsir edir. Orqanizm əsas orqan və sistemləri vacib maddələrlə təmin etməyə çalışır, dəri, saçlar, dırnaqlar isə belə vəziyyətdə arxa plana çəkilir.
- Saçları yuduqda balzamdan istifadə etməyin. Balzam saçların tökülməsini gücləndirə bilər. Saçları möhkəmləndirən xüsusi maskalardan istifadə etmək olar. Fen, saç ütüsü, saçların boyanması, burulması bu dövr ərzində əks-göstərişdir.
- Xalq təbabətində tökülən saçların bərpası üçün müxtəlif effektli vasitələr var. Gənəgərçək və ayıpəncəsi yağları ilə saç maskaları, saçların gicitkən, pıtraq dəmləmələri ilə yaxalanması və s. çox yaxşı effekt verir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1589   Tarix: 31 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli donlar 2026 hər gün bal ata ve qiz gözəllik məhsulları soz ehtiyati artirmaq kosmetika kəlamlar novruz bayramina aid hakista hakışta şəkərbura mikayıl abdullayev