Doğuşdan sonra seks zamanı - 4 ƏSAS QAYDA

Doğuşdan sonra seks zamanı - 4 ƏSAS QAYDACütlüyün seksual həyatında ən zəif yerlərdən biri – uşağın doğuluşundan sonrakı vaxtdır. Əgər sizdə hamiləlikdən əvvəl və hamiləlik zamanı yaxşı cinsi həyat var idisə, bu gözəl cinsi münasibətləri uşağın doğuluşundan sonra da saxlamağa çalışmaq çox vacibdir.

Uşaq anadan olduqdan sonra seks haqqında aşağıdakı 4 şeyi bilməlisiniz:

1. Seks haqqında açıq ünsiyyət saxlamaq vacibdir

Öz seksual münasibətləriniz haqqında sizin açıq və dürüst ünsiyyətinizin olması çox əhəmiyyətlidir. Əgər siz bir-birinizlə öz cinsi həyatınız haqqında asan ünsiyyət qurmağı bacarmırsınızsa, onda inciklik, ağrı, məyusluq və düşmənçilik yarana bilər. Sizin gənc valideyn kimi rolunuz çox vaxt və enerji aldığından, belə ola bilər ki, seks bir müddət arxa plana keçsin. Beləliklə, seks haqqında söhbətlər və partnyora onu arzuladığını təsdiqləmək, seksin hələ olmadığı halda belə çox faydalı ola bilər.

2. Uşaq – birinci yerdə olmalıdır!

Siz hiss edə bilərsiniz ki, uşaq sizin partnyorunuzun prioritetlərində əsas yeri tutubdur, hərçənd əvvəl orada siz idiniz. Hamiləliyə qədər, xüsusilə birinci hamiləliyə, sizin emosional yaxınlığınız yalnız sizin ikinizə aid idi. Hamiləlik başlayan kimi, arada artıq üç nəfər olur və siz hiss edə bilərsiniz ki, artıq gözlənilən uşaqla əvəz olunmusunuz və sizin partnyorunuz sizi arzu etmir. Bu əvəzolunma hissi körpənin doğuluşundan sonra getdikcə güclənə bilər. Amma əgər siz əvvəlki kimi bir-birinizə qarşı diqqətli olsanız, o zaman bir müddətdən sonra münasibətlər düzələcəkdir və sizin seksual həyatınız öz qaydasına düşəcəkdir.

3. Sizin hər ikiniz seksual həyatınızın bərpa olunmasını istəməlisiniz

Bəzən sizə bütün işlərinizi qırağa qoymaq və romantik görüş haqqında düşünmək (hətta əgər bu sürətli seks olsa belə), bir-birinizə qarşı seksual həvəsinizin olduğunu sübut etmək lazımdır. Ən asanı, seksual münasibətləri dayandırmaqdır, çünki ailə və işlə bağlı çoxlu məsuliyyətləriniz vardır, amma unutmayın ki, sizin münasibətləriniz də vacibdir.

Münasibətlərin iki tərəfi vardır. Onlardan biri – xidmətdir, yəni həyat üçün vacib olan məsələlərin (məsələn, qadın üçün bu ev təsərrüfatının aparılmasıdır) həlli, onlardan digəri isə – qayğıdır (sevgi və diqqətlə dolu canlı münasibətlərin qurulması və saxlanılması). Siz görüşməyə və münasibətlər qurmağa yeni başladığınız zaman, çox güman ki, qayğı sizin münasibətlərinizin 90%-i təşkil edirdi və yalnız 10%-i xidmətə ayrılırdı.

Siz birlikdə yaşamağa başlayanda, xidmət sizin vaxtınız daha çox faizini təşkil etməyə başladı. Amma uşağın doğuluşu ilə xidmət sizin vaxtınızın 90%-dan çoxunu ala bilər və qayğı üçün cəmi 10% və ya daha az vaxt qalır. Vaxt ötdükcə bu sizin münasibətlərinizi korlaya bilər. Qayğını da, xidmət kimi öz münasibətlərinizin vacib hissəsi kimi saxlayın, və siz sevgi və dolğun seksual həyatla dolu bir gələcək quracaqsınız.

4. Seks cinsi əlaqədən də böyük bir şey olmalıdır

Yorğunluq və fikrin uşağa yayınması sekslə məşğul olmaq üçün lazım olan enerjini tükədə bilər. Amma çalışın öz seksual repertuarınızı genişləndirəsiniz. Məsələn, gözlənilməz rahatlaşdırıcı masajın edilməsi seksual enerjinin əmələ gəlməsi üçün həlledici amil ola bilər.

Ümumiyyətlə, iki insanın həyatın hansısa konkret bir anında cinsi yaxınlığı istəmələri və istəməmələri normal bir haldır. Burada doğru və doğru olmayan yoxdur. Həqiqi sevgi və seksual ehtiras inciklik və ya düşmənçilik üzərində qurulmur, burada dürüstlük, açıqlıq, qayğı və etibar çox vacib rol oynayır.

Xəbərlər     Baxılıb: 2731   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

turlar.az

toy gecesi reseptler qadın geyimi düz qarın qadin ve kisinin seksi cins 2026 balıq yeməkləri kosmetika sağlıq oglan evi kley lekesi rus dilin nece orenek terezi