Doğuşun daha rahat keçməsi üçün PİLATES edin - İNANILMAZ FAYDALARI

Doğuşun daha rahat keçməsi üçün PİLATES edin - İNANILMAZ FAYDALARIPilates axıcı balanslı hərəkətlər və doğru nəfəs alıb-vermə texnikaları ilə bədəndə konsentrasiya, daralma, tarazlıq, eyni zamanda istirahət, dincəlmə təmin edən hərəkətlər toplusudur. Hamiləliyin daha sağlam keçməsi, doğuşun rahat olması üçün pilates etmək tövsiyə olunur. Amma hamilə qadınların həkimlərindən icazə almadan pilates etmələri qəti qadağandır. Hamilələrin pilatesi fizioterapevt müşayəti ilə etmələri məsləhətdir, əks təqdirdə, hansısa narahatlıqlar və ya xəsarət alma halları baş verə bilər. Ailem.az hamiləlik dövründə edilən pilatesin faydalarını sadalayır.

- Hamilə qadının fiziki və mənəvi cəhətdən daha güclü olmasını təmin edir.

- Hamiləlikdə tez-tez rast gəlinən bel və boyun ağrıları olmaqla əzələ skelet sistemi problemlərinin qarşısını alır.

- Hamiləlik daha rahat və sağlam keçir.

- Həddən artıq çəki artımına mane olur, diabet və yüksək təzyiq riski azalır.

- Həzmsizlik, şiş və köp kimi tez-tez müşahidə edilən problemləri azaldır.

- İmmunitet sistemini gücləndirərək, xəstəliklərə qarşı müqaviməti artırır.

- Məşq sayəsində qadının yuxuları daha nizamlı və keyfiyyətli olur, günlərini daha gümrah və xoşbəxt keçirir.

- Məşqlər sayəsində doğuş üçün lazım olan əzələləri gücləndirərək, doğuşun daha rahat reallaşmasını təmin edir, hamiləlikdə və sonra sidik qaçırma şikayətlərini azaldır.

- Daralan qarın əzələlərini gücləndirərək, doğuşdan sonra daha sürətlə yığılmasını təmin edir.

- Hamiləlik müddətində məşq edən qadınların körpələrinin inkişafı pilates etməyənlərə nisbətən daha yaxşı olur.

- Hamiləlikdə dəridə çatların yaranma riskini və doğuşdan sonra sallanmaları azaldır.

- Doğuşdan sonra ideal çəkiyə dönməyi asanlaşdırır.

- Doğuşdan sonra qadının ruhi və fiziki olaraq öünü erkən toparlamasını təmin edərək, cinsi həyatın normala dönməsini asanlaşdırır.

Pilates məşqləri nədən ibarətdir?

Meditasiya və nəfəs: Meditasiya və doğru nəfəs texnikaları hamilələrin zehni, fiziki və ruhi birləşməsini təmin edir. Meditasiya körpə ilə emosional bağı qüvvətləndirir, özünəinamı artıraraq boşalmış, rahatlamış, qorxusuz və stressdən uzaq bir doğuş planlaşdırmağa kömək olur. Nəfəs vasitəsilə körpəyə və qadına daha çox oksigen ötürür.

Hamilə yoqası: Hamiləliklə birlikdə dəyişən bədəninizə elastiklik qazandırmaq, doğru və dərin nəfəslə körpənin aldığı oksigen miqdarını artırmaq, rahat bir hamiləlik və doğuş üçün hamilə yoqası etmək məsləhətdir.

Aerobika məşqləri: Qan axımını sürətləndirir, ürəyi və əzələləri gücləndirir, çəkini idarə edir, dözümlülüyü artıraraq yorğunluq hissini azaldır.

Hamiləlikdə pilates həkim məsləhət gördüyü təqdirdə 12-ci həftədən sonra başlana bilər. Doğuşa qədər həftədə 2 və ya 3 seans olmaqla davam etdirə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2173   Tarix: 13 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli yemek reseptleri salatlarin hazirlanmasi bezedilmesi yuxa tortu kakao tərbiyə kosmetika xanim az ariqlamaq xanım az sanama itburnu