Dolamanı sağaltmaq üsulları

Dolamanı sağaltmaq üsullarıDolama dırnağın ətrafındakı dərinin səthi infeksiyasıdır, onu əsasən stafilokoklar və ya göbələklər törədir. Dolama dırnağa bitişik dərinin üzərində qırmızı şişkin sahə kimi özünü göstərir, səthində irinli qabarıqlar olur. Göbələk infeksiyasından yaranan dolamanın bir növünə isə daha çox şəkərli diabet xəstələri və əllərini suda çox saxlayanlarda rast gəlinir. Həmin infeksiyalar gec əmələ gəlsə də, qalma müddəti uzun olur. Kəskin infeksiya dırnağın ətrafı və epidermisdən adlayıb alta keçərək ağrılı absesin yaranmasına səbəb olur. Dırnaq dibindəki dəri qabarır və ondan ayrılmır. Dırnaqda rəngin dəyişməsi müşahidə edilir, infeksiya barmağın içinə keçərək vətərə də yayıla bilər. Dəri boyu qırmızı cizgilər bakteriyanın qana düşməsindən xəbər verir və həmin hallarda həkimə müraciət etmək lazımdır.

Xanim.az bildirir ki, uzun illərdən bəri xalq təbabəti ilə məşğul olan Fikrət Musayev AZƏRTAC-ın müxbiri ilə söhbətində dolamadan xilas olmaq üçün ən sadə üsullar barədə məlumat verib: "Məsələn, quru soğan közdə bişirilərək yanan hissə götürülür, digər hissəsi isə döyülür, azca zeytun yağı və xeyli miqdarda paltar sabunu əlavə edilərək xəstə nahiyəyə sarınır. Yaxud 50 qram xına və ilıq su ilə məcun hazırlanır, hər gün həmin nahiyəyə sürtülür. 100 qram ispanağın 50 qram zeytun yağında zəif ocaqda bişirilərək lay şəklində xəstə nahiyəyə çəkilməsi də faydalıdır.

Digər üsul isə belədir: 30 qram duzsuz kərə yağı, 50 qram zeytun yağı və 50 qram bal mumundan zəif ocaqda məcun hazırlanır və barmağın dolama olan nahiyəsinə sarınır. Yaxud 1 stəkan isti suya 2 xörək qaşığı soda əlavə edilir, xəstə barmaq həmin məhlulda yarım saata qədər saxlanılır. Prosedur 2-3 gün ərzində gündə 3-4 dəfə təkrar edilir. Müalicədən sonra zədəli yerin ətrafına mütləq yod vurmaq lazımdır, həmin prosedurdan sonra dırnaq ağrısız qopub düşür".

F.Musayev dolamadan xilas olmaq üçün daha iki resept söyləyib: "Bir çimdik mis kuposu 50 ml ilıq suya əlavə edilərək müalicəvi məhlul alınır, xəstə barmaq məhlulun içərisinə salınaraq 15 dəqiqə saxlanılır. Bundan başqa 2 xörək qaşığı xörək duzu və 1 çay qaşığı su sodası 1 stəkan qaynadılmış isti suda həll edilir, xəstə barmağın suyun içərisinə salınaraq soyuyanadək saxlanılması da dolamanın sağalmasına səbəb olur".

Xəbərlər     Baxılıb: 3402   Tarix: 25 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim dəbləri dil haqqinda atalar sozu sağlamlığa aid atalar sözləri bizim məşhurlar kosmetologiya kosmetika burclerin uyumu balıq zəhmət prostat əfsanələr