Dolamanı sağaltmaq üsulları

Dolamanı sağaltmaq üsullarıDolama dırnağın ətrafındakı dərinin səthi infeksiyasıdır, onu əsasən stafilokoklar və ya göbələklər törədir. Dolama dırnağa bitişik dərinin üzərində qırmızı şişkin sahə kimi özünü göstərir, səthində irinli qabarıqlar olur. Göbələk infeksiyasından yaranan dolamanın bir növünə isə daha çox şəkərli diabet xəstələri və əllərini suda çox saxlayanlarda rast gəlinir. Həmin infeksiyalar gec əmələ gəlsə də, qalma müddəti uzun olur. Kəskin infeksiya dırnağın ətrafı və epidermisdən adlayıb alta keçərək ağrılı absesin yaranmasına səbəb olur. Dırnaq dibindəki dəri qabarır və ondan ayrılmır. Dırnaqda rəngin dəyişməsi müşahidə edilir, infeksiya barmağın içinə keçərək vətərə də yayıla bilər. Dəri boyu qırmızı cizgilər bakteriyanın qana düşməsindən xəbər verir və həmin hallarda həkimə müraciət etmək lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdən bəri xalq təbabəti ilə məşğul olan Fikrət Musayev dolamadan xilas olmaq üçün ən sadə üsullar barədə məlumat verib: "Məsələn, quru soğan közdə bişirilərək yanan hissə götürülür, digər hissəsi isə döyülür, azca zeytun yağı və xeyli miqdarda paltar sabunu əlavə edilərək xəstə nahiyəyə sarınır. Yaxud 50 qram xına və ilıq su ilə məcun hazırlanır, hər gün həmin nahiyəyə sürtülür. 100 qram ispanağın 50 qram zeytun yağında zəif ocaqda bişirilərək lay şəklində xəstə nahiyəyə çəkilməsi də faydalıdır.
Digər üsul isə belədir: 30 qram duzsuz kərə yağı, 50 qram zeytun yağı və 50 qram bal mumundan zəif ocaqda məcun hazırlanır və barmağın dolama olan nahiyəsinə sarınır. Yaxud 1 stəkan isti suya 2 xörək qaşığı soda əlavə edilir, xəstə barmaq həmin məhlulda yarım saata qədər saxlanılır. Prosedur 2-3 gün ərzində gündə 3-4 dəfə təkrar edilir. Müalicədən sonra zədəli yerin ətrafına mütləq yod vurmaq lazımdır, həmin prosedurdan sonra dırnaq ağrısız qopub düşür".
F.Musayev dolamadan xilas olmaq üçün daha iki resept söyləyib: "Bir çimdik mis kuposu 50 ml ilıq suya əlavə edilərək müalicəvi məhlul alınır, xəstə barmaq məhlulun içərisinə salınaraq 15 dəqiqə saxlanılır. Bundan başqa 2 xörək qaşığı xörək duzu və 1 çay qaşığı su sodası 1 stəkan qaynadılmış isti suda həll edilir, xəstə barmağın suyun içərisinə salınaraq soyuyanadək saxlanılması da dolamanın sağalmasına səbəb olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1818   Tarix: 28 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

sade makiyaj sekilleri geyim və ayaqqabılar toy gecesi tanınmış qadın simalar çolkalı saç modelleri saclarin yigilmasi yemisan faydasi kosmetika statuslar novruz bayrami hakisda atalar sozu hakiwda veten haqqinda atalar sozu