Dolana bilmirdim, fəhlə, kloun kimi də işləyirdim

Dolana bilmirdim, fəhlə, kloun kimi də işləyirdim"Mədəniyyət və İncəsənət Universitetdə tələbə olarkən Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik. Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. "Şaxta baba" obrazına boyum çatmırdı. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, xətrlərinə dəyər. O vaxt bunlar olub, işləyib qazanmışam".
azxeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "AStar" yutub layihəsində qonaq olarkən deyib.
O, keçmişdə yaşadığı çətinliklərdən danışıb:
"1993-cü ildə Rusiyaya böyük axın var idi, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib işləyəcəyəm. Cibindən 2 min manat çıxardı və yarısını verdi mənə. Dedi ki, aclıqdan ölsək də, tox olsaq da, burada olacaqsan. Heç yerə getməyəcəksən. Allah atama rəhmət eləsin ki, o vaxt məni qoymadı getməyə.
Sonra getdim Gənclər teatrına qəbul oldum. 1 ildən sonra artıq baş rolda oynayırdım. Amma yenə də dolana bilmirdim. O vaxtkı pulnan 4900 manat verirdilər. Yol pulum isə 6 min manat idi. Qazancım heç yol puluma çatmırdı. Əlavə pulu kosa, keçəl kimi məclislərdən qazanırdım. 
Fəhlə, qaynaqçı, bulka bişirilən yerdə işləmişəm. Gecələr bulka bişirib, səhər isə 7-dən 10-na kimi yatmışam. Sonra isə yuxudan durub getmişəm tamaşanın məşqlərinə. Günorta qrim otağında uzanmışam, günorta isə bir dənə pirojki alıb yemişəm. Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Axşam 19:00-da tamaşa oynamışam. Oradan da çıxıb getmişəm bulka bişirməyə. Səhər yenə həmin şey.

Şou Biznes     Baxılıb: 1809   Tarix: 22 mart 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

.

Qarabağa köçən məşhurlar - SİYAHI

İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var. Qarabağ

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

turlar.az

geyim dəbləri kosmetoloq yemek reseptleri ibrətamiz sözlər qadinlarda soyuqdeyme doğuş pilinqin hazirlanmasi kosmetika haxista hakıştalar saglam qidalanma novruz hakistalari efsane