Dollar ən yüksək həddə çatdı - 14 il sonra
Dolların məzənnəsi dünyanın əsas valyutalarına nisbətdə qəflətən yüksəlib.
Qadinsayti.az APA-ya istinadən məlumat verir ki, ABŞ-ın milli valyutasının məzənnəsində dəyişikliyi izləməyə imkan verən dollar indeksi əsas valyutalardan olan avro, yapon yeni, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kroununa qarşı 2002-ci ildən bəri ən yüksək həddə çatıb.
Yanvarın 3-də avronun dollara qarşı məzənnəsi 1% ucuzlaşaraq 1,0341 dollara düşüb. Bu 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Belə ki, sonuncu dəfə bu göstərici 2003-cü ilin yanvarın 3-də qeydə alınıb.
Yanvarın 3-də Yapon yeni dollara qarşı 0,6% ucuzlaşaraq 118,6 dollara, Türkiyə lirəsi isə 1,7% ucuzlaşaraq 3,6 lirəyə bərabər olub. Türkiyə lirəsi dollara nisbətdə ən çox ucuzlaşan valyuta olub.
Yanvarın 3-də Moskva birjasında dollar rubla qarşı 91,75 qəpik və ya 60,355 rubla qədər ucuzlaşıb. Amma dünya bazarında dolların möhkəmlənməsi səbəbindən neftin ucuzlaşması rublun məzənnəsinə təsir edib. Dolların bahalaşması fonunda Brent markalı neft 3 dollar ucuzlaşıb.
Dünya bazarında trendin bu cür dəyişməsi ilə rubl ucuzlaşmağa başlayıb. Bununla da ticarət əməliyyatları zamanı dollar yenidən 61 rubl həddinə qayıdıb.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarazirə hər dərdin çarəsi olan bitki
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI