"Dolu görünüş" uşaq sağlamlığından xəbər vermir - XƏBƏRDARLIQ

"Uşaq doludursa, deməli sağlamdır" fikri tibbi baxımdan həmişə doğru deyil.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, uşaqlarda artıq çəki və piylənmə gözlə deyil, yaşa və cinsə uyğun boy-çəki göstəriciləri əsasında qiymətləndirilir. 
Bildirib ki, uşaqlarda bədən kütlə indeksi (BKİ) yaş və cins üzrə normativ cədvəllərdən istifadə edilərək qiymətləndirilir:
"Bu cədvəllərə əsasən 85-ci persentildən yuxarıdırsa artıq çəki, 95-ci persentildən yuxarıdırsa piylənmə sayılır. Eyni zamanda, böyümə əyrisinə də baxmaq vacibdir, yalnmız tərəzidəki rəqəm diaqnoz qoymur".
Ekspert qeyd edib ki, çörək yemək isə uşağın avtomatik sağlam olması demək deyil:
"Çörək qida rasionunun bir hissəsi ola bilər, amma sağlamlıq bütöv qidalanma modeli ilə ölçülür. Uşaq meyvə, tərəvəz, zülal, süd məhsulları və müxtəlif qida qrupları ilə balanslı qidalanmalıdır. Taxıl qrupunda da ən azı yarısının tam taxıl olması tövsiyə edilir. Valideynlər, xüsusilə buna diqqət etməlidirlər. Uşaqda çəkinin sürətlə artması, qarın nahiyəsində həddindən artıq piylənmə, az hərəkətlilik, nəfəs darlığı, xoruldama, tez yorulma, boy artımının zəifləməsi, boyun və qoltuqaltında dərinin tündləşməsi kimi əlamətlər varsa, bu artıq sadəcə "doluluq" yox, xəstəlik siqnalı ola bilər. Uşaqlıq piylənməsi gələcəkdə yüksək təzyiq, insulin müqaviməti, tip 2 diabet və yuxu problemləri riskini artırır".
A.Əkbərzadə vurğulayıb ki, ən doğru yanaşma uşağın görünüşünə görə yox, pediatr və ya uşaq endokrinoloqu tərəfindən boy-çəki dinamikasının, qidalanma vərdişlərinin, fiziki aktivliyin və yuxu rejiminin birlikdə qiymətləndirilməsidir.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1111   Tarix: 04 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

turlar.az

yemek reseptleri qadin sayti sade makiyaj sekilleri murebbelerin hazirlanmasi siqaret tergitmeyin asan yolu yemisan faydasi elm haqqında atalar sözleri kosmetika toy gecesı novruza aid hakistalar seksual toy gecesi pizza