"Dondurma boğaz ağrısını kəsir" - Açıqlama
Dondurma boğaz ağrısını müvəqqəti azalda bilər, lakin müalicəvi təsiri yoxdur.
Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Nadejda Çernışova aif.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə soyuqluğun təsirindən damarlar bir qədər daralır, şişkinlik azalır və yüngül keyləşdirici effekt yaranır. Lakin bu, yalnız qısa müddətli rahatlama verir, xəstəliyin səbəbini aradan qaldırmır.
Həkim xəbərdarlıq edib ki, bəzi boğaz xəstəliklərində soyuq əks göstərişdir. Məsələn, larinqit zamanı səsin tutulması və ya danışmaqda çətinlik olduqda dondurma yemək olmaz, çünki soyuqluq səs tellərinə mənfi təsir edir və vəziyyəti ağırlaşdıra bilər.
Çernışova vurğulayıb ki, boğaz ağrısının müalicəsi üçün xüsusi pastillər və ya sorulan tabletlər kimi daha effektiv vasitələr mövcuddur.
İsmayıl
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı