Dondurma yeyərkən dişlərimiz niyə ağrıyır? - SƏBƏB

Dondurma yeyərkən dişlərimiz niyə ağrıyır? - SƏBƏBDondurma və ya çox soyuq içkilər içərkən bəzi insanların dişlərində baş verən kəskin ağrıların səbəbi elm adamları tərəfindən müəyyən edilib.
Milli.Az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan yeni araşdırmaya görə, bu ağrılara dişlərdə yerləşən TRPC5 adlı zülal kanalları səbəb olur.
Almaniyanın Erlangen-Nürnberq Fridrix-Alexander Universitetinin professoru Katharina Zimmermann və komandası odontoblast adlı hüceyrələrdə temperatur dəyişikliklərinə qarşı həssas olan bu kanalları müəyyən edib. Sözügedən hüceyrələr dentin ilə dişin yumşaq daxili pulpası arasında yerləşir. Əgər dentin təbəqəsi çılpaq qalarsa - məsələn, diş çürüməsi və ya diş əti xəstəliyi səbəbindən - soyuq qidalar və içkilər kəskin ağrıya səbəb ola bilər.
Araşdırma həm insanlar, həm də siçanlar üzərində aparılıb. Nəticədə məlum olub ki, TRPC5 kanallarını bloklayan maddələr, məsələn mixək yağında olan eugenol, bu ağrıların qarşısını ala bilər. Alimlər gələcəkdə bu molekula əsaslanan diş pastası, saqqız və ya diş lentləri kimi yeni müalicə vasitələrinin hazırlanmasının mümkün olduğunu bildirirlər.
Lakin mütəxəssislər evdə özbaşına müalicə üsullarını tövsiyə etmirlər. Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Walmsley vurğulayıb ki, ağrının səbəbi aradan qaldırılmadan yalnız ağrını müvəqqəti dayandırmaq kifayət etmir.
Walmsley əlavə edib ki, müntəzəm fırçalama və diş həkiminə müraciət, həm diş çürüməsinin qarşısını almaq, həm də həssaslıq problemi ilə mübarizə aparmaq üçün əsas vasitədir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1234   Tarix: 24 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi geyim dəbləri hamilə qalmaq terxun kompotu aybasi qani ile cadu alin yazisi xanim qafarova kosmetika qiz evi haxista zencefil novruz hakistalari qiz evi ucun yuxuda qara ilan gormek