Dönərdən zəhərlənəni evdə saxlamaq olmaz, ölə bilər - Ekspertlərdən zəhərli dönər açıqlaması

Dönərdən zəhərlənəni evdə saxlamaq olmaz, ölə bilər - Ekspertlərdən zəhərli dönər açıqlamasıDönərdən zəhərlənəni evdə saxlamaq olmaz, ölə bilər -  Ekspertlərdən zəhərli dönər açıqlaması
Son günlər Azərbaycanda dönərdən zəhərlənənlərin sayı artıb.
Mütəxəssislər vurğulayırlar ki, buna səbəb bəzi obyektlər və kafelərdə sanitar qaydalara riayət olunmaması, eyni zamanda ətə vurulan əlavə qatqılar və saxlama şəraitidir.
Bəs dönər nə zaman təhlükəyə dönür? Ayaqüstü qidalardan və dönərlərdən zəhərlənmələrin qarşısını necə alaq?
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, bu yeməklərdən istifadə edənlər ilk növbədə qoxuya diqqət etməlidirlər:
"Əsas diqqət sanitar epidemioloji vəziyyətin qorunması ilə bağlı olmalıdır. Bu yeməklərdən istifadə edərkən ilk növbədə onun qoxusuna diqqət edilməlidir. Həmin qidalardan zəhərlənmənin ilkin əlamətləri qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, bədən hərarətinin qalxması, baş gicəllənmə kimi şikayətlərlə başlayır. 1-2 saat ərzində, yəni şikayət başlayan kimi dərhal həkimə müraciət etmək lazımdır. Xəstə həkimin müşahidəsi altında olmalıdır. Bu cür hallarda xəstənin ev şəraitində qalması məsləhət görülmür.
Çox vaxt ev şəraitində xəstələri müalicə edirlər, amma biz bunun qəti əleyhinəyik. Çünki daha sonra onun fəsadları çox olur. Məsələn, anafilaktik reaksiya, anafilaktik şok halları ilə rastlaşa bilərik. Həmin şikayətlər ciddiyə alınmasa, vəziyyət daha da dərinləşə, xəstə huşunu itirə bilər. Eyni zamanda, tədbir adekvat olmasa xəstənin ölümünə də gətirib çıxarar".
Milli.Az bakupost.az -a istinadən bildirir ki, baş toksikoloqun dediyinə görə, qida zəhərlənmələri ilə bağlı müraciətlərin sayı ötən ilə nisbətən 30-40% artıb:
"Son bir ay ərzində 40-dan çox müraciət olub. Bu daha çox dönər və konservləşmiş qida məhsulları ilə bağlı zəhərlənmələrdir. Son bir ayda isə 3 nəfər konservləşmiş qidalardan dünyasını dəyişib. Bu məsələlərdə AQTA ilə demək olar ki, bir gündən bir əlaqəli işləyir və məlumatlar veririk. Bizdən olan məlumatlara AQTA dərhal reaksiya verir və yoxlamalar təşkil edirlər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkədə baş verən zəhərlənmələr illər boyu gizlədilib:
"AQTA fəaliyyətə başlayana qədər, bu işlərə Səhiyyə Nazirliyi nəzarət edib. Səhiyyə Nazirliyi qidanın təhlükəsizliyi üçün məhsullara sertifikatlar verib. Burada bir məqam var idi ki, zəhərlənmələrdən ölən olsaydı, o zaman qida istehsalçısı Səhiyyə Nazirliyinin verdiyi sertifikatı göstərib, bunu nazirliyin verdiyini qeyd edirdi. Ona görə də Səhiyyə Nazirliyi sovet vaxtından qida zəhərlənmələrini gizlədib. Sertifikat verən orqan ilə qidanın təhlükəsizliyini təmin edən orqan bir əldə yerləşə bilməz. Əgər biz qida təhlükəsizliyinin təmin olunmasına dair dövlət proqramının ikinci hissəsinə baxsaq, orada dünyada qida zəhərlənmələrinin statistikası göstərilir. Əgər bir tənasüb qursaq görərik ki, bir ildə Azərbaycanda orta hesabla 490 nəfərə qədər insan qida zəhərlənməsindən dünyasını dəyişməlidir. Lakin qida zəhərlənmələrinin statistikası AQTA yaranana qədər ildə 2-3 nəfərdən artıq göstərilmirdi, yəni gizlədilirdi. Düşünürəm ki, indi də bəzi hallarda gizlədilir. Dönərlər isə illərdir əhalinin zəhərlənməsinə səbəb olan qida növüdür".
"6 il öncə dövlət tərəfindən dönərlərin standartı yaradılıb", - deyən ekspert əlavə edib ki, hazırda onların heç 1%-i də buna əməl etmir:
"5 il öncə iki müəssisə müəyyən olundu ki, dönərləri şişə taxaraq hazırlayıb mənfi 40 dərəcə dondurmadan keçən və qablaşdıraraq soyuq halda dönərxanalara çatdıran iki müəssisə "AzProtein Food" və "Min Bərəkət" şirkətində bu avadanlıqlar var. Amma dönərxanaların 1%-i də onlardan dönər almır. Dönərxanalara getsək, orada ətin mənşəyinə dair və s. çoxlu kağızlar görərik. Lakin kim sübut edə bilər ki, o kağız orada bişən dönərə aiddir? Dönərçilər qanuni bir yerdən dönəri və kağızını alır ondan sonra öz bildiyi ətlərdən düzəldirlər. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə murdar olmuş at, eşşək ətlərinin kəsilməsini ifşa edib. Bu məsələnin qarşısının alınması üçün ilk növbədə hökumətin cəld reaksiya mexanizmi yaradılmalıdır. Hansısa bir vətəndaş AQTA-ya zəng etsə ki, "zəhərlənmişəm gəlin mənə kömək edin", heç kim gəlməyəcək.
Həmin zəhərlənmə baş verən yerdə yoxlama aparmaq üçün öncə Ədliyyə Nazirliyinə müraciət etsinlər, nazirlik qarşı tərəfə onu yoxlaması ilə bağlı məlumat verir və bu məsələ 5 gün çəkir. Yəni dövlət məmuru cəld ora gedə bilməz.
Nəzərə alsaq ki, dövlət məmuru saat 6-ya kimi işləyir. Hansı restoranda bir zəhərlənmə olsa, oradan bir ekspertiza götürən və araşdırma aparan heç bir dövlət orqanı yoxdur.
Ona görə də birinci növbədə hökumət qida sahəsində yoxlamanı sadələşdirilməli və dərhal reaksiya mexanizmini yaratmalıdır.
İkincisi, dönərxanaların üstündə qaynar xəttlərin telefon nömrələri yazılmalıdır ki, insanlar problem yaşayanda zəng etsinlər. Üçüncüsü, mənfi 40 dərəcədən keçib "şok" dondurma ilə dönər hazırlayan müəssisələrin sayı artırılmalıdır və dönərxanalar birbaşa onlardan mal almalıdır.
Ümumilikdə isə dövlətin istehlakçı siyasəti formalaşmalıdır. Çünki bu "siyasət" yox dərəcəsindədir. Ona görə də belə hallar baş verir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 908   Tarix: 23 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Hansı şəxslərə kolbasa-sosis OLMAZ?

Kolbasa, sosis, vetçina damarlarda qan laxtalanması və tromblara səbəb olur.  xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bəzi xəstələri xəbərdar edib. Qan laxtaları bir növ jeləyə çevrilmiş kiçik laxtalardır. Ağciyərlə

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma

Ev heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər. xarici mətbuata istinadla xəbər verir ki

.

Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi,Xaçmaz rayonunda 70 yaşlı kişi ölüb. Kənd sakininin ölümü eşşək dişləməsi ilə əlaqələndirilir. Məlumata görə,o, bir müddət ev şəraitində müalicə alıbmış. Bəs uzunqulaq dişləməsi nəticəsində insan ölüm

.

Allergiya yaradan mövsüm meyvələri açıqlandı

Yaz və yay aylarında bəzi mövsümi meyvələr bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən qida zəhərlənməsi ilə qarışdırılır. Bəs meyvə allergiyasının əsas səbəbi nədir, hansı əlamətlərlə özün

.

Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. -ın məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanmas

turlar.az

yay geyimləri 2026 geyim seçimi gözəllik məhsulları gecəliklər qonaq otagi dizayni merlin monro tort reseptləri kosmetika vətən haqqında atalar sözləri google irem derici ariqlamaq salatlar