"Dönəri bir saat ərzində yeməsəniz..." - AQTA-dan XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda hazırlanan məhsulun istehlakı zamanı diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlanıb.
Milli.Az xəbər verir ki, məlumata görə, hər bir istehlakçı dönərxanalarda ümumi, lakin hər kəsin bilməsi vacib olan məqamlara diqqət etməklə ilkin qiymətləndirmə apara bilər. Buraya ilk növbədə dönər satılan obyektdə sanitar-gigiyenik qaydalar, eləcə də dönər hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməsi aiddir.
Diqqət edilməsi vacib olan digər məqam isə dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperatur şəraiti və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması yolverilməzdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və bişmiş məhsullar üçün olan avadanlıqlar da (kəsici alətlər - bıçaq, istifadə olunan qablar) ayrılmalıdır. Ət və ya quş əti baytarlıq nəzarətindən keçmiş olmalıdır.
Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin, ətin, əsas inqrediyentlərdən olan dönər çörəyi və ya lavaşının təzə olub-olmaması, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət edilməlidir. İstifadə olunan tərəvəzlərin (pomidor, xiyar, göyərtilər) təmiz yuyulması da vacib şərtdir. Hazırlanmış dönər iki saat ərzində istehlak edilməlidir. İsti aylarda isə bu müddət bir saata kimi qısalır.
Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda "1003 - Çağrı Mərkəzi"nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1231   Tarix: 22 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

turlar.az

hamilelikde qidalanma reseptler yemek reseptleri psixologiya hüquqşünas bizim mətbəx heyatda oz yerini tapan insan xosbextdir kosmetika sanamalar sevgi bahar haxışda novruz hakıştası