Donuz qripi

Donuz qripi2009-cu ilin İyun ayında Ümümdünya Səhiyyə Təşkilatı N1N1 virusunun pandemiyasını rəsmən elan etmişdir. H1N1 virusuna qarşı vaksin işlənilmiş və hal-hazırda bir çox ölkələrdə tətbiq edilir.

Yoluxma yolları

Donuz qripinin yoluxma yolları digər qrip viruslarına bənzər olub hava-damcı yolu ilə baş verir. Yoluxmuş insanın nəfəsalması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir. Viruslar bərk səthlərdə də qala bilir və belə səthlərə toxunan əlllər yuyulmasa yemək zamanı yoluxma vasitəsi ola bilər. Donuz ətini yeməklə H1N1 virusuna yoluxma qeyd edilməmişdir.

Əlamətlər

H1N1 ilə yolxma zamanı adı fəsil qripləri zaman rast gəlinən əlamətlər qeyd edilir:
- Hərarət
- Öskürək
- Boğaz ağrısı
- Əzələ ağrıları
- Baş ağrısı
- Ümumi zəiflik
Bəzən
- İshal
- Ürəkbulanma
- Qusma

H1N1 qripinin əlamətləri virusla yoluxduqdan 3-5 gün sonra başlayır və adətən 8-9 gün davam edir.

Həkimə nə zaman müraciət etməli

Əgər qripin heç bir əlaməti yoxdursa həkimə müraciət etməyə ehtiyac qalmır. Bu gün bir çox insanlar oxşar şikayətləri olmadan belə donuz qripi qorxusu ilə həkimə müraciət edirlər. Donuz qripinə xas əlamətlərin bir neçəsinin olması sizə həkimə müraciət etməyə və donuz qripinə görə laboratoriya müayinəsindən keçməyə əsas verir.

Risk Faktorları

H1N1 virusunun yeni olması və hələ tam öyrənilməməsi hamını bu virusa yoluxma ehtimalından maksimal qaçmağa sövq edir. H1N1 virusuna yoluxmuş insanlarla işləyən tibb işçiləri daha yüksək risk qarşısındadır. Məktəblilər və uşaqların da yoluxma ehtimalı yüksəkdir. H1N1 virusu ilə yoluxmanın əsas yollarından birinin məktəbdə yoluxmuş şagirdlərin virusu öz ailə üzvlərinə ötürməsidir.

Ağırlaşmalar

Donuz qripinin aşağıdakı ağırlaşmaları qeyd edilir:

- Ürək xəstəlikləri, diabet, astma kimi xroniki xəstəliklərin inkişafı
- Pnevmoniya
- Tənnəffüs çatışmazlığı

H1N1 virusuna yoluxmanın kəskin ağırlaşmaları çox sürətlə inkişaf edib ölümcül nəticəyə gətirib çıxara bilər.

Müalicə

Donuz qripinin spesifik müalicəsi yoxdur. Oseltamivir (Tamiflu) and Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar istifadə edilə bilər. Bu dərmanlar xəstəliyin gedişini yaxşılaşdırır. Amma H1N1 virusu tez bir zamanda bu dərmanlara qarşı tolerantlıq formalaşdırırlar. Odur ki, bu dərmanları yalnız ağır hallarda istifadə etmək məqsədəuyğundur. Aşağıdakı hallaryüksək riskli hesab edilir:
- Xəstəxana şəraitin müalicə almalı olan xəstələr
- Qripin digər əlamətləri ilə bərabər təngnəfəslik mövcuddur
- 5 yaşdan kiçik uşaqlar
- 65 yaşdan yuxarı insanlar
- Hamilələr
- 19 yaşdan kiçik olub uzun müddət Aspirin müalicəsi alanlar
- Astma, emfizema, diabet, böyrək və qaraciyər xəstəlikləri olan insanlar
- HİV ilə yoluxmuş və immunosupressor müalicə alan insanlar

Profilaktika

- Yemədən öncə əlinizi minimum 20 saniyə isti su ilə yuyun
- Əlinizi üzünüzdən uzaq saxlayın
- Əllə görüşmədən qaçın
- Görüşən zaman öpüşmədən qaçın
- Ovucunuza və ətrafa deyil qollar arasına öskürün və ya asqırın. Əgər öskürək və ya asqıraq əllərinizə və paltarınıza düşübsə yumaqla təmizləyin.
- Bədən müqavimətini yüksəldin
- Tez-tez əllərin toxunduğu səthləri (qapı, stol, telefon və s.) təmiz saxlayın
- Əgər zəiflik hiss edirsinizsə evdə qalmağa çalışın

Sağlamlıq     Baxılıb: 1685   Tarix: 24 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sac duzumleri gozel gorunmek kosmetoloq təmizlik aciq cinsi elaqe oğlanlar necə qızları sevirlər qadinlar haqqinda maraqli melumatlar kosmetika masqalar bayatılarımızda vətən həsrəti xerceng olumu maraqli hakistalar