"Dostumuzun evinə aparıb lüt şəkillərini çəkmişik" - Bakıda film kimi cinayət - VİDEO - FOTO

"Dostumuzun evinə aparıb lüt şəkillərini çəkmişik" - Bakıda film kimi cinayət - VİDEO - FOTODaxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Xanim.az ARB Kəpəz-ə istinadla xəbər verir, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, onun qardaşı Valid, Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova sms göndərərək onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda görüşə gələn İ.Umudovu isə C.İbrahimovla bərabər qardaşı və adları çəkilən 4 dostu qarşılayıb.

Zərərçəkən şəxs: "Telefon vasitəsilə bir xanımla tanış oldum. Onunla münasibət qurandan sonra Azərbaycana çağırdı məni. Elə oldu ki, Azərbaycana gələsi oldum. Qızla Buzovnada görüş təyin etdik. Görüş zamanı 2 nəfər çıxıb həmin dəqiqə vurdular.

Saxlanılan şəxs: "Qız tapıb telefonu verdim ona ki, bir balaca onunla danışsın ki, səs eşitsin. Bir də ki o gələn günü danışdıq ki, filan ünvana gəl. Dediyimiz ünvana çatanda kimisə vurdu. Sonra mən də girdim. Artıq vurulmuşdu".

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun "Opel" markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Saxlanılan şəxs: "Köynəyi cırıldı, özündən getdi. Qoyduq qardaşımın maşının baqajına. Apardıq Cavid adında dostumuzun evinə. Orada şəkillərini çəkmişik".

Saxlanılan şəxs: "Lüt şəkillərini çəkmişik ki, polisə xəbər versən, yayacağıq".

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

------------

12:59

Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Milli.Az bu barədə DİN-ə istinadən xəbər verir, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, onun qardaşı Valid, Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova sms göndərərək onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda görüşə gələn İ.Umudovu isə C.İbrahimovla bərabər qardaşı və adları çəkilən 4 dostu qarşılayıb.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun "Opel" markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlər     Baxılıb: 2174   Tarix: 12 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

gelinlikler geymler 2026 qaşların formalari qaragatin faydasi gözəllik və makiyaj dogum cantasinda ne olmalidir qazan kotleti hazirlanmasi kosmetika toy gecesı banan ziyafet geyimleri birlik haqqinda sperma