"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..." - KLASSİK YANAŞMA

Valideynləri ən çox narahat edənlərdən biridə övladlarının başqaları tərəfindən vurulduğunda nə etməli olmasıdır.
Övladlarının (əksərən oğlanların) kimsə tərəfindən zərər gördüyü anlarda reaksiya verib, ya verməməsi və ya özünü qorumaq məqsədli uzaqlaşmadan edə biləcəyi bir davranış varmı? Bu hallarda ana olaraq necə münasibət göstərməli olduqlarını tam bilmirlər.
Uşaqların bu hallarda özlərinin həll yolu tapmalarını gözləmək yanlışdır. Əksərən nəzarət etmək, ən çətin anlarda isə müdaxilə etmək lazımdır.
Uşaqlar təqlidlə, qayğı ilə bəslənirlər. Əgər uşaq valideynlərindən edilən hər hansı mənfi hərəkətə görə müəyyən "diqqət" görürsə uşaq müsbət diqqəti, qayğını görmədiyi üçün bunu  mənfi, neqativ davranışla əvəz edir. Məsələn, məktəbdə uşaqları vuran uşağın anası "sən niyə belə edirsən, niyə məni incidirsən" şəklində münasibət göstərdikcə uşaq bunu müsbət qayğıya kompensasiya kimi dəyərləndirir və artıq davranışlarını məqsədli etməyə çalışır.
Uşağın valideynləri ilə qurduğu münasibət təməldir. Çünki onların təcavüzkar, başqalarına qarşı zorakılıq eden bir xarakterdə olması, yaxud da müdafiəsiz, qorxaq, çəkingən böyüməsinin səbəbi əksər hallarda valideynlər olur. Ancaq bəzi uşaqlara kiçik yaşlarından ya laqeyd yanaşdıqda (laqeydlik valideyn onunla birlikdə olsa belə ola bilər), ya kaprizləri ilə razılaşıb uşağı "olmaz"larla tanış etmədikdə onlar ikili münasibətlərdə və sosial mühitlərdə təcavüzkarlığa yönəlirlər. Bu uşaqların xüsusilə, məktəbəqədər dövrlərində (2-3 yaşdan sonra) qarşısındakı insana hörmət etməyi aşılamaq şərt olmalıdır ki və bu da uşağın valideynlərindən gözlənilir.
Düşünə bilərsiniz ki onları vura biləcək insanlar həmişə ola bilər, biz həmişə qaçmağı aşılayaq?
Əksərən atalar: "səni vuran olsa, sən ondan da pis vur" deyirlər, analar isə əksinə: "gedib bunu müəllimə de" və bununla da gələcək müdafiəsiz bir insanın təməlini qoyurlar. Təcavüzkar xarakterli hərəkəti (atanın vurğuladığı) və ya qaçmağı (ananın vurğuladığı) heç bir halda özünümüdafiə mexanizmi ilə qarışdırmaq olmaz. Usağa özünümüdafiəni öyrətmək "başqalarını döyə bilərsən" mənasını ifadə etmir. Və ya uşaq bir neçə dəfə müəllimi, yaxud da valideyni tərəfindən müdafiə olunduğunu görsə bu ona zövq verəcək və daima ətrafdan asılı olacaq.
Bəli, uşaga "yoldaşların sənə əl qaldırsa sən də onları vur" demək doğru olmaz, amma onu müdafiədən çəkindirmək də yanlışdır. Uşaq özünü nə şəkildə müdafiə etməyi öz təcrübələri əsasında öyrənməlidir. Bundan başqa uşaq onu vuran birisiylə ondan qorxduğu üçün oynamaq, ya onun istəklərini yerinə yetirmək məcburiyyəti hiss edə bilər, biz ona buna məcbur olmadığını aşılamalıyıq.
Hadisələrə müdaxilə etməmişdən öncə ona lazımı şəkildə izahatlar vermək, bunu oyunlar, nağıllar (hansı ki siz tərəfindən qorxular yerləşdirmədən uydurulmuş) və s. şəklində yönləndirmələr edərək aşılamaq lazımdır. Və övladlarınıza "ilk vuran sən olma, ancaq sənə vuran olduqda buna qarşı reaksiya verməkdən çəkinmə" şəklində yanaşma göstərin.
Əgər yönləndirmələriniz tam şəkildə nəticə verməzsə, hadisə sizin göz önünüzdə ciddi şəkildə baş verərsə müdaxilə edə bilərsiniz. Ancaq hadisənin ilk anında müdaxilə etməyin, çünki bəzən uşaqlar mübahisə etdikdən sonra oyuna davam edirlər. Bu hal böyüdükcə azalır. Çünki uşaqlarda tam olaraq nifrət, kin, empatiya hissi kiçik yaşlarda formalaşmır. Əgər mübahisə heç bir şəkildə dayanmazsa o zaman müdaxilə etməyiniz daha doğru olar. İlk olaraq şiddət göstərən uşaqla kontakt yaradın, niyə belə etdiyini, buna ehtiyac olub-olmadığını, vurmağı başqa nə ilə əvəzləməyin mümkünlüyünü soruşun. Sonra sizin rəhbərliyinizlə bərabər oynamağı təklif edin, bunları edək şəklində uşağın nə istədiyini müəyyənləşdirin. Əgər həmin uşağın valideynləri oradadırsa onların da rəhbərlik etmələrinin lazım olduğunu bildirin. Əgər uşaq aqressiyasında inadkarlıq edirsə bu rəhbərliyi dayandırın. Çünki bu tip uşaqlar valideynlərindən bu inadkarlığı öyrənirlər.
Və həmin an üçün o yerdən uzaqlaşmağınız mümkün olmazsa uşağa qərarlı bir şəkildə bunu etməməli olduğunu, əgər edərsə sizdən də bu şəkildə reaksiya ala biləcəyini bildirin.
Beləki, ilkin olaraq səbəbini soruşub bunda cavab almasanız etdiyi hərəkət üçün "üzür istəməli" olduğunu bildirin və bundan sonra dostlarınla doğru şəkildə oynamağa davam et. Uşaq üzür istəməsə, ona "mən sənə vursam nə edərsən? Bu xoşuna gələr?" deyə bilərsiniz. Bəzən belə döyməyə meyl edən uşaqlar bu sözlərdən təsirlənmirlər, o zaman "mən sənə şillə vuracam, görürsən ki səndən böyüyəm və istəsəm səni ciddi şəkildə incidə bilərəm, nə düşünürsən" deyə bilərsiniz. O sual artıq onu incidəcək və o da davranışını dəyişəcəkdir.
Bu hallarla hər gün dəfələrlə qarşılaşa bilərsiniz, siz sadəcə qorumalısınız. Sadəcə qorumaqla, qoruyucu olmaq başqadır. Məsələn, yol keçərkən, uşağın əlindən tutub, yolu keçmək üçün yolun boş olmasını və avtomobillərin dayanmasını gözləmək lazımdır deyərək izahat vermək uşağı qorumaqdır, amma yolu keçərkən uşağı qucağınıza alıb qarşı tərəfə keçmək qoruyucu davranmaqdır.
Hər bir halda "dostun sənə vurduqda sən də onu vur" şəklində istiqamətləndirmək yanlış qiymətləndirilir. Yəni uşağın özünün necə müdafiə etməsi başqa, ananın təlqinləri ilə təcavüzkarlığa, vurmağa həmişə vurmaqla cavab verməyi öyrənməsi tamamilə başqadır. Uşağa vurma deməyə bilərsiniz, amma vur deyərək də təcavüzkarlığı da öyrətməməliyik.
Ümumiyyətlə, bu mövzu konkret şəkildə doğruları əks etdirmir. Mütəxəssislərin irəli sürdüyü alternativ seçimləri və məsləhətləri əsasında övladınızın həm şəxsiyyət inkişafına mane olmayan, həm fiziki olaraq xəsarət görməyəcəyi şəkildə analıq instiktlərinə əsaslanıb hər hadisəyə fərqli reaksiyalar göstərə bilərik.
Gülay Şəkərxanlı
Milli.Az

Xəbərlər     Baxılıb: 1713   Tarix: 25 avqust 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu