"Dözə bilmədim, məni bağışlayın"- Özünü boğan psixoloqun SON SÖZÜ
İlkin tibbi ekspertizanın rəyinə görə, məşhur psixoloq Dəyanət Rzayev yanvarın 25-i günorta saatlarında ölüb. Amma onun meyiti axşam saatlarında tapılıb.
Psixoloq Dəyanət Rzayev Yasamal rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rzayev özünü evinin yataq otağından balkona açılan qapıdan şalvarının kəməri ilə asıb. Psixoloq ölümündən əvvəl kağız yazaraq həyatdan getməsinin səbəbini izah edib. Rzayev kağızda, artıq onurğa yırtığındakı ağrılara dözə bilmədiyini qeyd edib. "Məni bağışlayın" — o yazıb. Əldə etdiyimiz məlumata görə, psixoloq son vaxtlar həyat yoldaşından boşandığı üçün tək yaşayırmış. İlkin versiyalardan birinə görə, psixoloqu intihara sürükləyən səbəb düşdüyü dərin depressiya olub. Sosial şəbəkələrdəki hesablarını, telefonunu bağlayan psixoloqla heç cür əlaqə yarada bilməyən anası narahat olaraq onun mənzilinə gedib. Qadın qapını nə qədər döysə də, açan olmayıb. Sonra qonşuların köməyi ilə qapını qırıblar və psixoloqun cəsədini asılmış vəziyyətdə tapıblar. Onun, meyiti tapılan vaxtdan bir neçə saat əvvəl özünü asdığı müəyyən edilib.
Read more: https://sputnik.az/incidents/20170126/408589197/intihar-eden-psixoloqun-son-mektubu.html
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri