Dünya çempionunu iki zərbə ilə öldürən idmançımızın yaxını: "O, Anara dedi ki..." VİDEO + FOTO
Xəbər verdiyimiz kimi, ötən gün azərbaycan əsilli Rusiya vətəndaşı 1992-ci il təvəllüdlü Anar Allahverənov pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu döyərək öldürüb.
Xabarovsk şəhərində baş verən hadisədə təqsirli bilinən A.Allahverənovun saxlanıldığı bildirilsə də, sonrada məlumat rəsmi qurumlar tərəfindən təkzib olunub. Hazırda onun axtarışlarının davam etdirildiyi bildirilib.
Xanim.az xəbər verir ki, azvision.az hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Qaydasız döyüş idman növü ilə məşğul A.Allahverənovun yaxınları bildiriblər ki, idmançılar arasında dava "çuşka" sözünün üstündə düşüb:
"Anar idmanla məşğul olsa da, sadə oğlandır. O istəməzdi ki, belə hadisə olsun. Bildiyimizə görə Andrey Anara sataşıb, ona "çuşka" deyib. Aralarında mübahisə düşüb. Andrey nalayiq sözlər işlədib. Bundan sonra dava başlayıb. Anarın onu öldürmək niyyəti olmayıb. Sadəcə çox əsəbiləşib, hisslərini cilovlaya bilməyib. Biz indiyədək Anarın haqsız yerə kiminləsə dalaşdığını görməmişik. O, bütün günü idmanla məşğul olurdu. Dəfələrlə yarışlarda yüksək nəticələr göstərib".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin