Dünya ulduzu 550 milyon dollarlıq sərvətini övladlarına verməyəcək - 'Gedin, işləyin
Dünyaca məşhur britaniyalı musiqiçi Sting sərvəti ilə bağlı açıqlaması ilə diqqət çəkib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, təxminən 550 milyon dollarlıq var-dövlətə sahib sənətçi bildirib ki, övladlarına miras qoymağı düşünmür.
Musiqiçinin sözlərinə görə, uşaqları həyatda uğuru öz zəhmətləri və bacarıqları hesabına qazanmalıdırlar:
"Onların əsas prioriteti öz zəhmətləri, zəkaları və səyləri ilə uğur qazanmaq olmalıdır. Mən onlara həmişə deyirəm: "Uşaqlar, siz işləməlisiniz. Mən öz pulumu xərcləyirəm. Təhsilinizin pulunu ödəyirəm, əsas ehtiyaclarınızı təmin edirəm, amma siz gedib işləməlisiniz".
Sting əlavə edib ki, övladlarının öz ayaqları üzərində dayanmasını istəyir və böyük mirasın insanı rahatlığa alışdırdığını düşünür.
Bir qismi izləyicisi onun fikirlərini dəstəkləsə də, digərləri valideyn sərvətinin ailəyə qalmasının normal olduğunu bildirib.
Aysel









Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Mehriban Xanlarova buna görə verilişlərə getmir
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu