Dünyada ölümlərin 71 faizi qeyri-infeksion xəstəliklərindən baş verir

Dünyada ölümlərin 71 faizi qeyri-infeksion xəstəliklərindən baş verirÜmumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri infeksion xəstəliklardan vəfat edib. Bu, qeyda alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Bu xəstəlikləri yaradan asas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki passivlikdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçirilən mətbuat konfransında bildirilib.
17 may- Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransını giriş sözü ilə İSİM-in direktor müavini Rahib Məmmədov açıb.
O vurğulayıb ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib:
"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2 fevral 2021-ci il tarixdə təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in əsas məqsədi ölkəmizdə həyata keçirilan birga və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, əhalinin orta ömür müddətinin artımına, vətəndaşların uzun ömürlü olmasına və sağlam həyat tərzinin təmin edilməsinə nail olmaqdır".
R.Məmmədov səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparıldığını, insanlara öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağın təbliğ olunduğunu bildirib.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırdı:
"Müasir insanlar, xüsusən inkişaf etmiş ölkələrin sakinləri bu gün zərərli vərdişlərə meyl göstərir, doğru qidalanmır və ən başlıcası isə, az hərəkət edirlər. Ona görə də bununla bağlı tək səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da əsas məqsədi insanlara tövsiyə etməkdir ki, həyat tərzlərini dəyişsinlər, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər".
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov təəssüflə bildirdi ki, qeyri-infeksion xəstəliklər son illərdə bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəlikdir:
"Amma bu xəstəliklərin qarşısı almaq mümkündür. Qeyri infeksion xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü azaltmaq olar".
Servye Azərbaycan şirkətinin direktoru Rişad Təhməzov vurğuladı ki, arterial hiprertenziya bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb: "Baxmayaraq ki, yüksək qan təzyiqi №el ölüm riskidir, bu problema hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürüldü və əsas məqsəd əhalini arterial xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək və qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1454   Tarix: 06 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

həkim məsləhəti kosmetik vasiteler qadin sayti toy qabağı infeksiya cinsi sağlamlıq milli yemekler kosmetika eqreb novruza aid hakışda big.az novruza aid hakiwda