Dünyada uşaqların çoxu COVID-19-a görə difteriya, göyöskürək və tetanus əleyhinə peyvənd edilməyib

Dünyada uşaqların çoxu COVID-19-a görə difteriya, göyöskürək və tetanus əleyhinə peyvənd edilməyibCOVID-19 pandemiyası başlayandan dünyada bir sıra immunizasiya proqramları ya müvəqqəti, ya da tamamilə dayandırılıb. Bu o deməkdir ki, hazırda uşaqları koronavirusdan başqa, əvvəllər peyvəndlərin qoruduğu ölümcül xəstəliklər tərəfindən də təhlükə gözləyir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Uşaq Fondunun (UNICEF) ekspertləri həyəcanla xəbər verirlər.
COVID-19 pandemiyasından əvvəl dünyada uşaqların yalnız 85 faizi difteriya, göyöskürək, tetanus və qızılca əleyhinə peyvənd olunur, 14 milyon uşaq isə bu xəstəliklərdən müdafiə olunmurdu. Yeni növ koronavirusun meydana gəlməsi ilə vəziyyət daha da pisləşdi.
ÜST-nin Baş direktoru doktor Tedros Adhanom Qebreyesus deyib: "Peyvəndlər - sağlamlığın qorunması sahəsində ən güclü vasitələrdən biridir və bu gün daha çox sayda uşaqlar peyvənd olunur. Lakin pandemiya bu nailiyyətləri məhv edə bilər". O, xəbərdarlıq edib ki, uşaqların peyvənd olunmadıqları xəstəliklər onlar üçün COVID-19 virusundan daha təhlükəli ola bilər və bu vəziyyətə yol vermək olmaz: "Peyvənd təhlükəsiz şəraitdə, hətta pandemiya zamanı da edilə bilər. Biz bütün ölkələri vaksinasiya proqramlarının davamlı olmaları üçün əllərindən gələni etmələrinə çağırırıq".
İlkin məlumatlara görə, artıq cari ilin birinci dörd ayı ərzində difteriya, göyöskürək, tetanus əleyhinə birləşdirilmiş peyvənd vurulmuş uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, son 28 il ərzində ilk dəfə baş verir. Bu peyvənd həm milli, həm də qlobal səviyyədə immunizasiyanın əhatəliliyinin əsas göstəricisidir.
Qızılca əleyhinə azı 30 peyvənd kampaniyası ya artıq dayandırılıb, ya da dayandırıla bilər. Bu da güman olunduğu kimi, xəstəliyin yenidən yayılmasına gətirib çıxarar. ÜST və UNICEF tərəfindən tərəfdaşları ilə birlikdə may ayında keçirilmiş sorğunun nəticələrinə görə tədqiqatda iştirak etmiş 82 ölkədən dörddə üçü xəbər verib ki, COVID-19 ilə əlaqədar olaraq peyvəndin vurulmasını dayandırıblar.
Hətta peyvənd etmək imkanı olan yerdə nəqliyyatda fasilələrin mövcudluğu, tətbiq edilmiş məhdudiyyətlər, virusa yoluxmaq qorxusu, və ya sadəcə gəlirin itirilməsi səbəbindən insanlar bəzən klinikalara gedib çata bilmirlər.
Hesablamalara görə, bu gün dünyaya gəlmiş uşağın beş yaşına qədər bütün tövsiyə olunan peyvəndlərin alınması ehtimalı 20 faizdən azdır.
UNICEF-in icraçı direktoru Henriyetta For deyib: "COVID-19 planlı immunizasiyanı nəhəng problemə çevirdi. Biz vəziyyətin daha da pisləşməsinə yol verməməliyik. Nə qədər ki, uşaqlar digər xəstəliklərin qurbanı olmayıblar, vaksinasiya proqramlarını dərhal bərpa etmək lazımdır. Əks təqdirdə daha bir böhran yarana bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1253   Tarix: 17 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi kosmetoloq sirin gilas 2026 qonaq otagi salatların bəzədilməsi uz derisine qulluq maskalari kosmetika sekis kahfe fali novruz hakistasi veten haqqinda atalar sozu novruz hakışdaları