Dünyanın cavab tapmaq istədiyi sual – Havalar isindikcə koronavirus məhv olacaqmı?

Dünyanın cavab tapmaq istədiyi sual – Havalar isindikcə koronavirus məhv olacaqmı?Dünyada koronavirusa yoluxanlar və virusdan ölənlərlə bağlı qorxunc rəqəmlər var. Hər gün bu rəqəmlər daha çox artmağa başlayır. İtaliya, İspaniya, Fransa, ABŞ-da vəziyyət qorxunc hala gəlib.
Ümumilikdə isə dünyada virusa yoluxanların sayı 526 min, dünyasının dəyşənlərin sayı isə 23 min 709 nəfəri keçib. Bununla belə, xəstəlikdən sağalanların da sayı az deyil - 122 min nəfər.
Hazırda isə dünyanın cavab tapmaq istədiyi bir sual var - Havalar isindikcə koronavirus məhv olacaqmı?
Qeyd edək ki, bir çox dünya mütəxəssisləri havaların isti keçməsi ilə virusun zamanla məhv olacağını bildirir. Lakin bu fikrin əksini söyləyənlər də az deyil.
ABŞ-ın "Cekson Laboratoriyası İnstitutu"nun məşhur türkiyəli professoru Derya Unutmaz bu barədə ilginc açıqlamalar verib. O, bildirib ki, yeni tip koronavirusdan ölənlərin sayı heç də 2000-ci illərdə yayılan SARS virusundan ölənlərin sayından çox deyil. Lakin koronavirusa yoluxma daha kütləvidir. Unutmazın sözlərinə görə, koronavirus SARS virusuna bənzəyir, lakin fərqli şəkildə yayılır:
"Koronavirus SARS və MERS virusları qədər ölümcül deyil. Həmin viruslara görə, ölüm 100/30 civarındadır. Lakin koronavirus olduqca yoluxucudur və bu virusun əslində nə olduğunu və necə yoluxduğunu hələ də öyrənməyə çalışırıq".
Unutmaz havaların isinməsi ilə koronavirusun məhv olacağına dair iddialar olduğunu, lakin bunu sübut edən dəillər olmadığını vurğulayıb. Professor həmçinin bir çox ölkələrin koronavirusu yetərincə ciddi qəbul etmədiyini, bu səbəbdən ona qarşı vaksin hazırlıqlarına gecikdiklərini bildirib: "Hazırda ən yeksək texnologiyaya malik kompüterlərlə on minlərlə test aparılır. Virusa qarşı yaradılacaq vaksin üçün ən optimal dövr bir ildir. Koronavirus hazırda çox kiçik ölçülərdə mutasiyaya uğrayır ki, bu da çox gözəl xəbərdir".
Xatırladaq ki, bu mövzu ilə bağlı tanınmış həkim, fitoterapevt, ixtisasca infeksionist olan Füzuli Hüseynov "Yeni Müsavat"a danışarkən bildirmişdi: "Xəstəliyin hansı dərəcədə yayılma formasına diqqət etmək lazımdır. Məlum olduğu kimi, bu virus insandan insan birbaşa təmas yolu ilə keçə bilir. Otaqda xəstə insan asqıranda onda olan viruslar hava vasitəsi ilə hər yerə yayılır, o cümlədən ətrafımızdakı əşyalara hopur. Hər bir virusun da yaşama müddəti var. Məsələn, hava soyuq olanda virus bir taxta üzərində 1-2 gün yaşaya bilirsə, havanın temperaturu 25 dərəcəni keçdikdən sonra 15 dəqiqəyə tamamilə məhv olur. Hətta temperatur 35 dərəcəyə qalxdıqda, 2-3 dəqiqəyə məhv olurlar. Beləliklə, havanın temperaturu artdıqca ətrafdan gələn virus həddindən artıq azalacaq".
Həkim qeyd edib ki, virus insandan insana keçirsə, burada havanın temperaturunun o qədər də önəmi yoxdur: "Amma isti havada əhatəmizdə olan əşyalardan bizə virus keçməsi sıfıra enir. Məsələn, insanların kütləvi olduğu yerdə havanın temperaturu 40-45 dərəcə olsa belə, burada insan-insana keçmə ehtimalı böyükdür.
Beləliklə, soyuq hava mühitində viral infeksiyaların yayılma sürəti çoxdur. Yay mövsümündə isə koronovirusun yayılması çox nadir hallarda baş verir. Bu da əsasən insanların çox sıx olduğu yerlərdə baş verə bilir. Əgər yayda insanların toplum olduğu yerlədən mümkün qədər uzaqlaşsaq, özümüzü sığortalamış olarıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1582   Tarix: 28 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista