Dünyanın ən böyük bitkisi kəşf edildi: bir toxumdan 180 km
Avstraliyanın qərb sahillərində dünyanın ən böyük bitkisi aşkar edilib. Cənubi Avstraliyadakı Flinders Universiteti və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları Shark körfəzində 180 kilometr uzunluğunda dəniz otu tapıldığını açıqlayıb.
Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Təxminən 200 kvadrat kilometr əraziyə yayılmış "Posidonia australis" növünün nəhəng orqanizmi olan dəniz otunun ən azı 4500 yaşında olduğu təxmin edilir. Nəhəng bitkinin tək toxumdan geniş bir əraziyə yayıldığı müəyyən edilib.
Flinders Universitetinin ekoloqu və tədqiqatın müəllifi Martin Breed bildirib ki, bitkinin bu qədər uzun müddət necə sağ qalması və böyüməsi həqiqətən çaşqınlıq yaradır.
Bölgədə ətraf mühit dəyişikliyinin müşahidə edildiyini ifadə edən Bredin sözlərinə görə bölgədə suda 17 ilə 30 dərəcə selsi arasında geniş bir orta temperatur aralığı var: "Bu da normal dəniz suyunun duzluluğu iki qat artırır. Bu şərtlər çox vaxt bitkilər üçün kifayət qədər stres yaradır".
Tədqiqatçılar qeyd ediblər ki, bitki öz analoqlarından iki dəfə çox xromosoma malikdir və müdaxilə edilmədiyi təqdirdə böyüməyə davam edəcək.
Qeyd edək ki, komanda bitkinin dəyişkən şəraitdə necə sağ qaldığını daha yaxşı başa düşmək üçün araşdırmalarını davam etdirir.









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri