Dünyanın ən gombul uşağı 100 kiloqram arıqladı - Fotolar
İndoneziyada yaşayan və bir zamanlar dünyanın ən kök uşağı adını alan Arya Premana son görünüşü ilə hamını heyran edib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı Arya mədə kiçiltmə əməliyyatı ilə 100 kiloqram arıqlayıb.
200 kiloqramdan 100 kiloqrama düşən və arıqlamağa davam edən Premana indi özünü yaxşı hiss etdiyini və digər uşaqlar kimi həyat tərzi sürdüyünü bildirib.
Aryanın sözlərinə görə, əgər əvvəllər bir neçə boşqab yeməkdən doymurdusa, indi dieta saxlamaq məcburiyyətindədir.
Əvvəllər 5 dəqiqə ayaqüstə güclə qalan Premana indi bütün günü gəzir. Bu ona həm də bir az da çəki atmağa kömək edir. Ən böyük arzusu futbolçu olmaq olan 12 yaşlı Arya bunun üçün əlindən gələni edəcəyini bildirib.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir