Dünyanın ən sağlam xalqı ispanlardır: Onlar necə qidalanırlar?

Dünyanın ən sağlam xalqı ispanlardır: Onlar necə qidalanırlar?Planetin ən sağlam insanları ispanlardır. Amerikanın maliyyə-iqtisadi xəbərlər agentliyi olan "Bloomberg"in araşdırmaları bunu ortaya çıxarıb.
İspaniya həm də "uzunömürlülər ölkəsi" kimi tanınır. Bu ölkə orta yaş həddinə görə dünyada dördüncü yerdədir. İlk üçlükdə isə Yaponiya, İsveçrə və Sinqapur yer alır. Maraqlıdır, ispanlar başqalarından fərqli nə edirlər?
Araşdırma zamanı dünyanın 169 ölkəsində əhalinin həyat tərzini öyrəniblər. Xüsusən insanların çəkisi, siqaret çəkib-çəkməməsi, qida rasionuna diqqət yetirilib. Sağlam millətlər sıralamasında ikinci yeri italyanlar tutur. Həm ispanların, həm də italyanların deyəsən, "uzunömürlülük resepti" var. Aralıq dənizi ölkələrində yaşayan insanların əksəriyyətinin qidalanmaya münasibəti eynidir.
Məsələn, İspan mətbəxinin əsas yeməklərindən biri qaspaçodur. Təzə tərəvəzdən püre halında bişirilən yüngül soyuq şorbadır. Tərkibində tomat, xiyar, soğan, sarımsaq və başqa tərəvəzlər olur. Bu yemək C vitamini ilə zəngin olmaqla yanaşı, həm də soyuqdəyməyə qarşı çox effektlidir.
İspaniyada 1996-cı ildən "Aralıq dənizi dietası Fondu" fəaliyyət göstərir. Bu Fondun saytında sağlamlıq üçün faydalı olan çoxsaylı reseptlər və menyular yerləşdirilir. Fondun eksperti Ramon Estrux araşdırmaların nəticələrinə əsaslanaraq deyir ki, gündə beş xörək qaşığı zeytun yağı ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.
"İspaniyada adamlar daha çox meyvə, tərəvəz və paxla yeyirlər. Nəzərə almaq lazımdır ki, piylənmənin əsas mənbəyi bitki yağlarıdır, onlar da bundan çox az istifadə edirlər. Bitkilərdən hazırlanan qidalar isə faydalıdır. Qırmızı ət və tərkibində şəkər olan içkilərdən də uzaq durmaq lazımdır",  - Almaniyanın Qida Araşdırmalar İnstitutundan Mattias Şultse belə deyir.
Araşdırmaçılar düşünür ki, 2040-cı ilə qədər İspaniya "uzunömürlülər" reytinqində birinci yerdə olacaq. Burada orta yaş həddinin 85.8-ə çatacağı ehtimal olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1234   Tarix: 08 iyul 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geymler 2026 geyim seçimi qaşların formalari displaziya geyim necə seçməli sandal ayaqqabilar balaca qablarda keks kosmetika sirin qogal həmidə nağıllar azerb clpaq qadinlari 8 mart