Dünyanın ən ucuz, təsirli və nisbətən zərərsiz DƏRMANI haqqında BİLMƏDİKLƏRİMİZ

Dünyanın ən ucuz, təsirli və nisbətən zərərsiz DƏRMANI haqqında BİLMƏDİKLƏRİMİZ"Aspirin" ticarət adı ilə tanınan asetilsalisil turşusunun tarixi bir çox təsadüflərdən ibarətdir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, aspirin ağrıları və temperaturu azaltmaq üçün bir vasitə kimi 1897-ci ildən tibdə istifadə olunur. Lakin 20-ci əsrin ortalarında, amerikalı həkim Laurens Kreyven boğazda artıq ətin aradan qaldırılması əməliyyatından sonra asetilsalisil turşusu ilə saqqız tövsiyə etdiyi xəstələrdə tez-tez qanaxma və qan durulması yarandığını görür. Məlum olur ki, xəstələr tövsiyə olunan dozanı dəfələrlə aşıb.
Bundan sonra həkim qərara gəlir ki, bu əks təsir - qanı durultması infarkt və insultin qarşısını almaq üçün effektiv üsuldur. Lakin Kreyvenin tapıntıları qəbul edilmir və 1956-cı ildə yayımlanan məqaləyə əhəmiyyət verilmir. Yalnız 20-ci əsrin sonlarında aspirinin profilaktikası məsələsi yenidən tibin gündəminə qaldırılır.
Maraqlıdır ki, təxminən 80 ildir asetilsalisil turşusundan istifadə edən həkimlər bunun təsir mexanizmini bilməyib. Yalnız 1971-ci ildə ingilis biokimyaçısı Con Ueynin əməyi sayəsində tanınır.
Məlum oldu ki, turşu bədənimizdə xüsusi bioloji aktiv maddələrin - bədənin istiliyinin tənzimlənməsində, iltihab reaksiyalarında və qan laxtalanma sisteminin işində iştirak edən prostaqlandinlərin sintezinə maneə törədir. Odur ki, aspirin belə geniş bir spektrə malikdir. 1982-ci ildə Con Veyn və isveçli həmkarları Sune Berqström və Bengt Samuelson bu kəşf üçün Nobel mükafatına layiq görülür.
Asetilsalisil turşusu ilk dəfə 1853-cü ildə fransız alimi Şarl Frederik Gerard tərəfindən sintez edilib. Əsası qədim zamanlardan bəri bilinən söyüd qabığı idi. O dövrün Alman İmperiyasının qanunlarına görə, kimyəvi birləşmələr patentli deyildi, ancaq bənzərsiz ticarət markası qeydə alına bilərdi. Buna görə yeni dərmana "aspirin" adı verilir. Mənası hərarəti azaldan və ya ağrıkəsən dərman deməkdir.
Əvvəlcə aspirin toz şəklində satılırdı və yalnız 1904-cü ildən bu yana həb şəklində satışa buraxılmağa başlanır. 1915-ci ildən bu yana aspirin satılır. Aspirin dünyanın ucuz, təsirli və nisbətən zərərsiz olmaqla, ən populyar ağrıkəsici dərmanı hesab olunur.
1952-ci ildə uşaqlar üçün yüngül aspirin növü yaradılır, 1969-cu ildə aspirin tabletləri Apollo astronavtının ilk yardım dəstinə daxil edilir.
Bu gün aspirin antipiretik və ağrıkəsici kimi, infarkt və trombozun qarşısını almaq üçün, müəyyən xəstəliklərin kompleks müalicəsində, məsələn, ginekologiyada istifadə olunur. Aspirinin "paxmel" əlamətlərini aradan qaldıran bir vasitə kimi istifadəsi geniş yayılıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1678   Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim və ayaqqabılar gelinlikler qadin sayti seksual qadin aroma və fitoterapiya hepatitlər pol breqq kosmetika aysel novruz bayramı rus dilini öyrənək 2 ci dərs aslan narin faydasi