Dünyanın ən varlı qadınları

Dünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydınıydı ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək.

Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı MacKenzie ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər.

MacKenzie Bezos Amazon-da 4 faizlik paya sahib olacaq.

Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes jurnalının versiyasına görə MacKenzie dünyanın ən varlı 24-cü adamı olacaq, qadınlar arasında isə üçüncü yeri tutacaq.

Bəs, dünyanın ən varlı qadınları siyahısında kimlər var?

Bu siyahıya onlar necə daxil olublar?

1. Françoise Bettencourt-Meyers

Dünyanın ən varlı qadınlarıSərvəti: 49,3 milyard dollar. Forbes jurnalının siyahısında 15-ci yerdədir.

Françoise kimdir?

Sərvəti ona anasından miras qalıb - Liliane Bettencourt L'Oreal parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hazırda Françoise şirkətdə 33 faiz paya sahibdir.

Anasıyla onun münasibətləri heç də yaxşı olmayıb, hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər də.

Françoise məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər.

Onların əlaqələri Liliane Bettencourt-un ölümündən bir neçə il əvvəl bərpa olunub.

Qadınlar şirkətləri daha zəngin edirmi?
65 yaşlı Françoise həm də araşdırmaçılıq fəaliyyətiylə məşğuldur, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

2. Alice Walton

Dünyanın ən varlı qadınlarıSərvəti: 44.4 milyard dollar. Ən varlı adamlar siyahısında 17-ci yerdədir.

Alice kimdir?

69 yaşlı Alice Walton Walmart supermarketlər şəbəkəsinin sahibi Sam Waltonun yeganə qızıdır.

İki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub.

Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir.

3. MacKenzie Bezos
Dünyanın ən varlı qadınlarıSərvəti: 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir. Bütün sərvətinin nə qədər olduğunu günlərin birində bizə Forbes deyəcək.

MacKenzie Bezos kimdir?

MacKenzienin 48 yaşı var. Jeff Bezos-la 1993-cü ildə evləniblər - hedc-fondda birlikdə çalışdıqları zamanlarda.

Onların 4 uşağı var.

Qızlıq soyadı Tuttle olan MacKenzie əslən Kaliforniyadandır, Amazon-un ilk işçilərindəndir. İki roman yazıb.

Bundan başqa, o, zorakılığa qarşı mübarizə məqsədilə Bystander Revolution adlı qeyri-hökumət təşkilatı da yaradıb.

4. Jacqueline Mars
Dünyanın ən varlı qadınlarıSərvəti: 23,9 milyard dollar. Ən ən varlı adamlar siyahısında 33-cü yerdədir. Amma Bezos-ların boşanmasından sonra bir pillə geriləmiş ola bilər.

Jacqueline kimdir?

79 yaşlı Jacqueline Mars Mars şirkətinə aid səhmlərin üçdə birinə sahibdir.

Bir çox başqa şeylərlə yanaşı, bu şirkət həm də məşhur Mars şokoladlarını istehsal edir. "Mars" 1911-ci ildə Jacquelinein babası Frank Mars tərəfindən qurulub.

Jacqueline şirkətdə 20 il işləyib və 2016-cı ilə qədər Direktorlar Şurasının üzvü olub.

Hazırda o, xeyriyyəçiliklə məşğuldur, Washington Milli Operasının və Milli Arxivin direktorlar şuralarının üzvüdür.

"Mars" ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ən böyük şirkətidir.

5. Yan Huiyan
Sərvəti: 22,1 milyard dollar. Çinin ən varlı qadını, dünyanın 42-ci varlı adamıdır.

Yan kimdir?

Country Garden Holdings adlı tikinti və inkişaf şirkətinə aid aksiyaların böyük hissəsi ona məxsusdur. Şirkətin saytında yer alan məlumatlara görə, Country Garden Holdings böyüklüyünə görə tikinti şirkətləri arasında dünyada 3-cüdür.

Yan Huiyan Ohayo Universitetində oxuyub. Şirkət səhmlərinin 57 faiz-i ona atasından miras qalıb.

6. Susanne Klatten
Dünyanın ən varlı qadınlarıSərvəti: 21 milyard dollar. Ən varlı adamlar siyahısında 42-ci yerdədir.

Susanne kimdir?

56 yaşlı Almaniya sakini əczaçılıq və avtomobil istehsalı şirkətlərindəki səhmləri sayəsində varlanıb.

Valideynlərinin vəfatından sonra Altana AG kimya şirkətinə aid səhmlərin 50faiz-i ona miras qalıb. O və qardaşı BMW şirkətində də 50 faiz paya sahibdirlər.

Sonralar Susanne Altana AG şirkətini bütünlüklə sahiblənib. Eyni zamanda, bir çox başqa şirkətlərin də səhmlərini alıb.

7) Laurene Powell Jobs

Dünyanın ən varlı qadınlarıSərvəti: 18,6 milyard dollar. Ən varlı adamlar siyahısında 54-cü yerdədir.

Laurene kimdir?

Apple şirkətinin qurucularından biri olan Steve Jobs-un arvadı. Ərinin ölümündən sonra Laurene və onun ailəsinə Apple və Disney şirkətlərindən 20 milyard dollarlıq sərvət miras qalıb.

Bundan sonra 55 yaşlı Laurene jurnalistika sahəsinə investisiya qoyaraq Atlantic jurnalına aid səhmlərin böyük qismini alıb.

Eyni zamanda, Mother Jones və ProPublica-ya da vəsait qoyub.

Laurene təhsildə və miqrasiya qanunvericiliyində islahatlar üçün mübarizə aparan təşkilatlara da yardım edir.

Maraqlı     Baxılıb: 3934   Tarix: 29 aprel 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

turlar.az

yaz geyimleri 2026 geyim dəbləri yay kolleksiyasi hakista qadın saytı fitnes və pəhriz peçenyelər kosmetika englishdilində qulaq qadin.az big.az uzeyir hacibeyli hakistalar