Düşünmürlər ki, başlarını bəlaya salırlar' - Nigar Şabanova
Əməkdar artist Nigar Şabanova hərbi qulluqçuların TikTok-da canlı yayıma çıxmaları səbəbindən ordu sıralarından xaric edilmələrinə münasibət bildirib.
azxeber.com Axsam.az-a istinadən xəbər verir ki, sənətçi bu addımın doğru olduğunu vurğulayıb.
O, hərbçiləri bu tip hərəkətlərdən çəkinməyə çağırıb:
"Düz ediblər, digərlərinə də dərs olsun. Bəziləri xidmət yox, qız ovundadır. Düşünmürlər ki, başlarını bəlaya salırlar. Analarınıza, cavan canınıza yazığınızı gəlsin. Ümidimiz sizsiniz. Peşənizi dəyərdən salmayın. Siz ən uca peşənin sahiblərisiniz, baş tacımızsınız. Hansısa səviyyəsini itirən qızlara özünüzü reklam edəcəksiniz deyə can qoyduğunuz işinizdən olmayın".
Qeyd edək ki, kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib. Bu səbəbdən onlar xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.
Onu da qeyd edək ki, N.Şabanovanın həyat yoldaşı Xəyyam da hərbçidir.










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin