"Düz edib boşanmışam" - Dilarə
ARB TV-nin "Boş anlar" verlişinin qonağı müğənni Dilarə Kazımova olub.
Axşam.az-ın məlumatına görə, Dilarə boşanması ilə bağlı sualları cavablandırıb. Sənətçi türkiyəli ərindən ayrıldığı üçün heç peşman olmadığını deyib:
"Keçmiş həyat yoldaşım qısqanc idi. Biz "Eurovision"dan sonra evləndik. O mənə çox dəstək idi. Əvəllər hər şey çox gözəl idi. Sonralar isə türklər demiş, "basqınlıq" etməyə başladı. Sonradan elə bir nöqtəyə çatırsan ki, artıq davam etmək istəmirsən. Mən düzgün seçim etdiyimi düşünürəm və hər dəfə də çalışıram ki, özüm üçün düzgün seçim edim. Hər zaman axır nöqtəyə salıram qərarımı ki, sabah özümə sual verməyim bəlkə bir başqa yolu var idi. Düz etmişəm boşanmışam".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin