Düzgün nəfəs məşqlərini necə etmək olar?

Düzgün nəfəs məşqlərini necə etmək olar?Düzgün nəfəs məşqlərini necə etmək olar? Əsasən, ağciyərlərə aldığımız sinə nəfəsini diafraqma əzələsinə doğru göndərməklə.
Milli.Az lent.az-a istinadən bildirir ki, diafraqma qabırğaların bir az altında və mədənin yuxarı hissəsində arxa tərəfimizə qədər uzanan nazik sahədir. Biz nəfəs alarkən sinə deyil, bu bölgələr şişməlidir. Sinədən nəfəs aldığımız zaman qabırğa qəfəsimiz şişir və çiyinlərdə yuxarı qalxır. Bu baxımdan əvvəlcə necə nəfəs aldığımıza baxmalıyıq.
Sinədə alınan nəfəslə ağciyərlərə alınan nəfəs arasındakı fərq diafraqma nəfəsinin uzun müddət saxlanıla bilməsidir. Əgər insan bədənini plastik şüşə kimi düşünək: suyun qabın dibinə qədər dolması kimi nəfəsi əvvəlcə diafraqma nahiyəsinə almaq, sonra suyu ağır-ağır boşaldır kimi nəfəsi yavaş-yavaş verməyi öyrənmək lazımdır.
Tənəffüs əzələlərini gücləndirən ən vacib əzələ diafraqma əzələsidir. Diafraqma nəfəs almada çox təsirli bir quruluş olduğu üçün onu gücləndirməliyik. Düzgün nəfəsalma məşqləri ilə - diafraqma ilə nəfəs almağı öyrənərək daha sağlam həyat sürə və nəfəsalma qabiliyyətini artırmaq mümkündür.
İdmançılar, səhnə və səs sənətçiləri tərəfindən performansı artırmaq üçün istifadə edilən diafraqma məşqlərini hər kəs edə bilər. Bu, bütün psixoloji narahatlıqları da aradan qaldırır, stresi nəzarət altında saxlamağa kömək edir.
Düzgün nəfəsalma məşqlərini necə etmək olar? Diafraqmadan nəfəs almaq məşqlərinə başlamazdan əvvəl rahat və dəstəkli oturmaq çox vacibdir. Onurğanın təbii əyrilərini də bir hündürlükdə tutaraq dik durun. Bir vəziyyətdə rahat deyilsinizsə, onu azca dəyişməkdən çəkinməyin. Gözlərinizi yavaş-yavaş bağlayaraq və ya göz səviyyəsində sabit bir nöqtəyə fokuslanaraq başlayın. Əvvəlcə ağızdan tam nəfəs alın, sonra burnunuzdan.
Diafraqma məşqi üçün bir əlinizi sinənizə, digər əlinizin 3-4 barmağını mədənizə - döş sümüyünün altına qoyun. Nəfəsinizi burundan və dodaqlarınızı bir az büzərək ağızdan alın. Bunu edərkən hava sızan şar kimi cüzi bir qüvvə və "ssss" səsi ilə fasiləsiz olaraq nəfəs almağa başlayın.
Rahat bir nəfəslə mədənizi şişirdərək əlinizlə onu itələməyə çalışın. Nəfəs alın, mədəni geriyə doğru genişləndirin. Kürəyinizə doğru qarnınızın və diafraqmanın şişdiyini görəcəksiniz.
Nəfəs alarkən tərəddüd etməyin, dalğalandırmayın. Yəni arasında güclü, sonra yenidən yumşaltmaqla deyil, nəfəsiniz kəsilənə qədər davam edin, əzələlərinizi də hiss etməyə başlayın.
Bu məşqləri ilk dəfə etdiyiniz zaman şaquli oturma vəziyyətində, çiyinləriniz rahat və sinəniz açıq şəkildə edilməlidir. Əvvəlcə çətin ola bilər, ancaq təkrar edincə öyrəşəcəksiniz. Vərdiş etdikdən sonra günün istənilən vaxtında, istənilən işin qayğısına qalarkən, gəzərkən belə, əllərinizlə dəstəyə ehtiyac duymadan edə biləcəksiniz.
Bu sadə başlanğıc məşqlərini gün ərzində təkrarlarla edin. Məşqlər zamanı çox oksigen qəbul edib verdiyiniz üçün ilk vaxtlar başgicəllənmə ola bilir. O vaxt mütləq 10 dəqiqəlik fasilələr verərək davam edin. Alınmırsa, özünüzü məcbur etməyin.
Gündə ən azı 3 dəfə 20 nəfəs işləməklə bir həftə ərzində diafraqmanı gücləndirmək olur.
Bədənimizdəki digər əzələlər kimi diafraqma da məşq etmədikcə gücünü itirir. Ona görə diafraqmanın möhkəm olması və sağlam bədən üçün hər gün müntəzəm olaraq nəfəs məşqləri etmək lazımdır. 
Nəfəsalma məşqləri nə vaxt edilməlidir? Narahatlıq və stress birdən-birə yaranan hisslər deyil. Özümüzün də xəbəri olmadan gələn bu hissləri yaşamadan əvvəl nəfəs məşqləri başlanmalıdır. Məsələn, bu, imtahan zalına girməzdən və ya tamaşanın, konsertin nümayişindən, hər hansı təqdimatdan əvvəl ola bilər.
Düzgün nəfəs almağın faydaları:  
İmmunitet sistemi güclənir və xəstəliklərə qarşı müqavimətimiz artır, çünki bədənin hər zərrəsi lazım olduğu qədər oksigen ala bilir;
Çəkini idarə etmək və sağlam qalmaq ehtimalınız yüksəkdir;
Dəridə əhval-ruhiyyə əks olunur və sağlıqlı parlayır;
Yuxu rejimi daha keyfiyyətli olur;
Kifayət qədər oksigen alan bədən güclü qalır və yaşlanma prosesi gecikir.
Düzgün tənəffüs vərdişləriniz sayəsində anın içində qalaraq stress səviyyənizi azalda və o an diqqət etməli olduğunuz şeylərə asanlıqla fokuslana bilirsiniz.
Stress, narahatlıq, depressiya kimi vəziyyətləri daha yaxşı idarə edirsiniz. Düzgün nəfəsalma zamanı stressinizin azaldığını və depressiyadan çıxdığınızı hiss edə bilirsiniz.
Fiziki və ruhi sağlamlıq bir-biri ilə bağlıdır. Düzgün nəfəsalma məşqləri bədəninizi qoruyur və ruhunuz bundan təravətlənir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 14 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

həkim məsləhəti gelinlikler yaz geyimleri 2026 dəri xərçənginin əlamətləri praktiki məsləhətlər saglamlig salat reseptləri kosmetika masturbasiya nedir yumurta gozellik aydin sani webnem tovuzlu