Mahnının silinməsini tələb edirik' - Lamiyyə Ələkbərovadan AÇIQLAMA

Mahnının silinməsini tələb edirik' - Lamiyyə Ələkbərovadan AÇIQLAMAMüğənni Nuri Sərinləndiricinin məşhur "Gözləyirəm" mahnısı israilli müğənnilər tərəfindən oğurlanıb. 
İsrailli müğənnilər Eyal Golan və Eden Ben Zaken mahnının adını dəyişərək "Geri qayıtma" qoyub və onu ifa edərək "youtube"yə yerləşdiriblər.
Nuri Sərinləndiricinin mətbuat xidmətinin rəhbəri, aparıcı Lamiyyə Ələkbərova azxeber.com-a açıqlamasında hüquqi prosedurları başladacağını bildirib:
"Bu məsələdən dünən xəbərimiz olub və bu gün səhər oyanan kimi artıq bütün prosedurları başlatmışıq. Bizim istəyimiz sadəcə Azərbaycan musiqisinə və müğənnisinə hörmət olunmasıdır. Nurinin bütün mahnılarının müəlliflik hüquqları qorunur. Bu mahnının da musiqisi Zamiq Qasımov, sözləri isə Leyli Erola aiddir. O müğənni də yetərincə tanınmış müğənnidir. Bizə müraciət edib icazə istəsə idi, biz təmənnasız o icazəni verərdik. Amma bu şəkildə ifa edib, adını dəyişmək və yayımlamaq artıq bizə hörmətsizlikdir. Çünki biz o layihələr üzərində çox əziyyətlər çəkirik. Nuri də Rusiyada yaşayır, amma hansısa müğənninin mahnısını icazəsiz oxumur. Bir dəfə Doğuşun mahnısını ifa etdik, mən şəxsən Doğuşdan icazə aldım, o da məmnuniyyətlə razılıq verdi. Nuri oxudu və konsertdə də təqdim etdik. Amma bizə qarşı kimsə belə səhv edəndə, məcburuq ki, qanunla hərəkət edək".
Lamiyə Ələkbərova maddi tələblərinin olmadığını bildirərək mahnının platformadan silinməsini tələb edəcəklərini bildirib:
"Bizim heç zaman maddi bir tələbimiz və ya gözləntimiz olmayıb, ola da bilməz. Bizim mahnılarımız heç bir məbləğə satılmır. Tələbimiz mahnının silinməyi olacaq. Bundan sonra da bizə kimsə müraciət etsə, bilsin ki, heç bir puldan söhbət gedə bilməz. Amma olub ki, Türkiyədə biz hansısa serial üçün mahnı hazırlamışıq, oradan qonarar almışıq. Bu da sənədləşmə ilə olub. Biz sadəcə özümüzə və Azərbaycan mahnılarına hörmət, diqqət tələb edirik, bu qədər".
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 1232   Tarix: 02 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

turlar.az

reseptler gözəllik məhsulları geyim şəkilləri hamilə qala bilmək agardici maskalar resepti hamileliyi pozmaq ucun spiral kokeldirmi kosmetika bayatılar qiz evi ucun tapmacalar xeyanet englishdilində qulaq