Suyun stressə faydası
Liverpul Con Murs Universitetinin alimləri su qəbulunun orqanizmin stressə reaksiyasına təsir etdiyini müəyyən ediblər.
Milli.Az xəbər verir ki, tədqiqatda 18-35 yaş arası 100 kişi və qadın iştirak edib. Son mərhələdə alimlər 32 nəfəri seçərək onları iki qrupa ayırıblar: gündə orta hesabla 1,3 litr su içənlər və gündə 4,4 litr su qəbul edənlər.
Bir həftəlik müşahidədən sonra iştirakçılar üçün süni stress vəziyyəti yaradılıb. Onlardan iş müsahibəsi şəraitində çıxış etmək, yadda hesablama aparmaq və ani tapşırıqları yerinə yetirmək tələb olunub.
Nəticədə məlum olub ki, daim az miqdarda su içən insanlarda stress vəziyyətində stress hormonu kimi tanınan kortizolun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bununla belə, hər iki qrupda narahatlıq hissi və ürək döyüntüsünün sürətlənməsi göstəriciləri eyni olub.
Araşdırmaya görə, su və kortizol arasında dolayı əlaqə var. Belə ki, bədəndə maye az olduqda, suyu saxlamağa kömək edən vazopressin hormonu artır. Vazopressin isə adrenokortikotrop hormonunun (AKTG) sintezini stimullaşdırır, bu da öz növbəsində kortizolun ifrazına səbəb olur.
Beləliklə, kifayət qədər su içməmək orqanizmdə stress sisteminin daima hazır vəziyyətdə qalmasına, bu da stressə həddindən artıq reaksiya ilə nəticələnməsinə səbəb olur. /Axşam.az
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO