Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu ilə bağlı elə xəbər yayıldı ki... - FOTO
Dünya boksunun əfsanəsi, mərhum Məhəmməd Əlinin oğlu Məhəmməd Əli ABŞ-ın Florida ştatındakı Fort-Loderdeyl şəhərinin beynəlxalq hava limanında tutulub.
Xanim.az Milli.Az -a istinadən bildirir ki, insident Məhəmməd Əli anası Xəlila ilə birlikdə Yamaykadan qayıdandan sonra baş verib.
Məhəmməd Əlini hava limanında saxlayan Miqrasiya Xidmətinin əməkdaşları ona dini inancları ilə bağlı sual veriblər. Məhəmməd Əli müsəlmandır.
Sabiq federal prokuror və Əli ailəsinin dostu Kris Mançini deyib: "Əfsanəvi boksçunun oğlu heç bir qanun pozuntusuna yol verməyib və o, ABŞ vətəndaşıdır. Əminəm ki, bu biabırçı insident ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinin sərtləşdirilməsi barədə qanunu ilə bağlıdır. Rüsvayçılıqdır! Bu ölkədə insanlar dini mənsubiyyətlərinə görə təqiblərə məruz qalırlar".
Xəlila Əli saxlanılmayıb. O, Miqrasiya Xidmətinin əməkdaşlarına əri ilə fotosunu göstərib.
Amerikalı boksçu Məhəmməd Əli 2016-cı ilin iyunun 3-də 74 yaşında vəfat edib.
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Nadir 'var-dövlət'ini göstərdi - FOTO
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
Yeni saç düzümü ilə gündəm oldu
Kimlər qan üçün donor ola bilməz?
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
Dua Lipa toyundan fotolar paylaşdı - FOTOLAR