"Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə..." intihar edən psixoloqun SON VİDEOSU

"Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə..." intihar edən psixoloqun SON VİDEOSUXəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev özünü kəmərlə boğaraq intihar edib. Yaxınları onun bir müddətdir ki, depressiyada olduğunu bildirib.

Onun bu addımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İstifadəçilər psixoloqun belə bir addım atmasını birmənalı qarşılamayıblar. Çünki D. Rzayev TV və mətbuata intihar hadisələri ilə bağlı dəfələrlə mütəxəssis açıqlamaları verib və belə addım atanları qınayıb.
Qadinsayti.az bildirir ki, qafqazinfo məşhur psixoloqun mətbuatda intihar hadisələri ilə bağlı verdiyi müsahibələrin bir hissəsini toplayıb.

Rzayev Kanal 13-ə verdiyi müsahibəsində intihar edənlərin ən çox təşvişli depressiyaya düşən şəxslər olduğunu bildirib:

"Daha çox intiharı kişilər edir. Qadınlar intihardan ola bilər ki, çox danışırlar. Ancaq cəsarət etmirlər. Sağalmayan xəstəliyə tutulanlar, narkomanlar, alkoqoliklər və tənha insanlar intihar edir. Əvvəllər insanlar həyət evlərində yaşayardı, insanların problemi olanda qonşularla bölüşürdü, çıxış yolu axtarılırdı. İndi isə bina evlərində yaşayırlar, özlərinə qapanırlar və təbəqələşmə gedir. Valideynlər uşaqlarının maddi tərəfini düşünürlər, amma qəlblərinə önəm vermirlər. İntihar edənlər fərqli olur. Məsələn, həkimlər özlərinə uyğun intihar metodu seçir. İntihar qısamüddətli bir hissdir. Hətta, təşvişli depressiyaya düşəndə hər şey insan üçün qaranlıq olur. Başa düşür ki, heç cür bu vəziyyətdən çıxmayacaq və intihar edəcək".

Rzayev Sum TV-yə bildirib ki, psixi baxımdan sağlam olan insanlar belə intihar edə bilər:

"Azərbaycanda intihar sayı çoxalır. Əsasən 40 yaşdan yuxarı insanlar canına qıyır. Psixi baxımdan sağlam olurlar, ancaq intihar edirlər. Ölkədə ən çox kişilər intihar edir".

Psixoloq Meydan TV-yə son dövrlər intiharların arxasında ədalətsizlik, təbəqələşmə, sosial-iqtisadi bərabərsizliyin dayandığını da əlavə edib:

"Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır. Üstəlik, banka borclu olanda, onun vəziyyətini təsəvvür edin. Mənim anam 150 manat pensiya alırsa, bu, böhran deyilmi? Əlbəttə böhrandır. Nəhayət, məhkəmələr də bankların tərəfindədir. Belə olanda, vətəndaş intihara əl atır, çünki o, mənliyini intiharla qoruduğunu hesab edir. Bu mənada o cür insanlara zəif kimi baxmaq lazım deyil. İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır. Sadəcə, həyatda rastlaşdıqları çətinliklər onları buna vadar edir. Psixoloqlar nə təklif edir, psixoloqların özü 150 manat maaş alırsa, nə təklif edə bilər?!"

Psixoloq musavat.com-a açıqlamasında söyləyib ki, insanların həyatda heç bir sığortası yoxdur:

"Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik.

İntiharların başvermə səbəbi daha çox ümidsizlik və maddi durumla bağlıdır. Bizdə münasibətlər normal qurulmayıb, neytrallıq da yoxdur. Hərdən baxırıq ki, insanı elə şeylərə görə qınayırlar ki, bu, onu depressiyaya aparır. Məsələn, hansısa qadın əri narkoman olduğu və ya ona işgəncə verdiyi üçün boşanır. Cəmiyyət onu qınamağa başlayır və ona müxtəlif adlar qoşurlar. Araşdırılmır ki, bu adam nəyə görə boşanıb. Yaxud da ki, maddi durum. İnsanın həyatda heç bir sığortası yoxdur.

Tutaq ki, birinin banka 3 min dollar borcu olur. O, borcunun 1000 manatını qaytarsa da, devalvasiya baş verir və borcu elə 3 min manat kimi qalır. Halbuki 250 manat maaş alırsa, borcunu necə verə, ailəsini necə dolandıra bilər? Şimal ölkələrinə baxanda Azərbaycanda səbəblər bu cür fərqlidir. Sadəcə olaraq, intiharların səbəbləri dərindən araşdırılmalıdır.
Düzdür, çox zaman əsl səbəblər gizlədilir, yaxud da qohumları deyir ki, ruhi xəstə idi. Azərbaycanda intiharların səbəbi öyrənilməli və onu aradan qaldırmaq istiqamətində iş görülməlidir. Bu, uşaqlara da təsir edir. Əgər bir uşaq məktəbə gedir, özü ilə müqayisədə digər uşaqların ondan daha yaxşı geyindiyini görürsə, o, depressiyaya qapıla bilir. Yaxud da evə gələndə görürsə ki, ata-anası qəmgindir, ailədə daim mübahisə var, o zaman uşaq da psixoloji baxımdan gərilir, əlacsız qalır və intihara əl atır".

Xəbərlər     Baxılıb: 2148   Tarix: 26 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram geyim şəkilləri gelinlikler qaraqoyunlu dərəsi aybasi ucun derman qaynar qazan darcin faydasi kosmetika qoğalın nağlı hakiwda oyunlar burcler səməd vurğun