Əgər qan qrupunuz belədirsə sizdə mütləq bu xüsusiyyətlər var

Əgər qan qrupunuz belədirsə sizdə mütləq bu xüsusiyyətlər varİnsanın xarakterinə bələd olmaq üçün onun hansı qan qrupuna mənsub olduğunu bilmək yetərlidir. Düzdür, bu vasitə ilə insanı bütövlükdə tanımaq mümkün deyil. Ancaq bu yolla insan xarakterinin ümumi cizgiləri haqqında məlumat əldə etmək olar.

Xanim.az yazır ki, dünyanın ən ağıllı xalqlarından biri sayılan yaponlar bu yanaşmaya böyük üstünlük verirlər, vətəndaşların işə qəbulu zamanı işçinin hansı xarakterə sahib olmasını müəyyənləşdirmək üçün bu vasitədən də istifadə edirlər. Həmçinin Amerika Birləşmiş Ştatlarında bir çox şirkətlərdə xüsusi mütəxəssislər işə qəbulla bağlı müraciət edənlərə bu metodu tətbiq edirlər.

Maraqlıdır, bəs görəsən, qan qrupları xarakterimiz haqqında nə deyir?

1-ci qan qrupu olan insanlar daxilən güclü, iddialı, mübariz olurlar. Onlar yeniliyə can atmaqları, təşəbbüskarlığı, lider olmaq istəkləri ilə fərqlənirlər. 1-ci qrup qan daşıyıcıları güclü xarakterə malik olmaqla yanaşı, öz maraqlarını həyata keçirmək üçün bütün enerjilərini sərf etməyə hazırdırlar. Məğlubiyyətlə barışmayan bu kəslər üzdə sakit görünsələr də, daxilən çılğın olurlar, ən kiçik haqlı tənqidi belə qəbul edə bilmirlər. Bu qrupa aid olan kişilər sevgilərində də iddialıdırlar. Onlar üçün ən maraqlı qadınlar o kəslərdir ki, həmin xanımlar ətrafdakılar üçün əlçatmaz sayılır. Tez ünsiyyət qurmaq bacarıqları olduqlarından tez də istədiklərinə nail ola bilirlər. Bu qrupa aid olan qadınlar isə cəlbedici və mehriban olmaları ilə yanaşı, olduqca qısqancdırlar.

2-ci qan qrupu olan insanlar olduqca ünsiyyətcil, istənilən şəraitə tez uyğunlaşmağı bacaranlardır. Sakitliyi sevən bu qrup insanlar ümumi işin xətrinə tez razılığa gəlirlər. Hər hansı bir xoşagəlməz hadisədən yaranan incikliyi üzdə göstərməsələr də, onu daxilən ağır qəbul edirlər. Bütün daxili hisslərini gizlədərək yalnız təbbəssüm ifadə etmək istəyən 2-ci qrup qan daşıyıcıları stressə və depressiyaya yaxın olanlardır. Onlar həmçinin ədalətli olmağa, düzgün yaşamağa üstünlük verirlər. Bu qrupdan olan kişilər utancaqlıqları ilə fərqlənirlər. Onlar öz məhəbbətlərini adətən baxışları ilə ifadə edirlər. Özlərindən yaşca böyük qadınlara üstünlük verirlər. O cümlədən bu qrupun xanımları da utancaq olurlar. Onlar ailəcanlı, öz həyat yoldaşlarına sadiq və mehribanlıqları ilə fərqlənirlər.

3-cü qan qrupu olan insanlar açıq və nikbindirlər. Daha çox macəraları sevən bu insanların əllərinə həyat tərzini dəyişmək imkanı düşəndə bu şansı əldən vermirlər. Sağlamlıqlarına xüsusi diqqət yetirən bu qrup insanlar iş nə qədər vacib olsa da, istirahətlərinə vaxt ayırmağı bacarırlar. Onlar hisslərini gizlətmirlər, bütün məsələləri açıq müstəvi üzərində həll etməyi daha məqbul sayırlar. 3-cü qrup qan daşıyıcıları həssasdırlar, onlar mənasız məşğuliyyətlərdənsə insanlara kömək etməyi, sevinc və dərdlərinə şərik olmağı özlərinə mənəvi borc sayırlar. Bu qrupa aid olan kişilər qadınlara çox meylli olurlar. Onlar xanımları dilə tutmağı, ürəklərinə girməyi ustalıqla bacarırlar. Bu qrupun qadınlarında isə özünəgüvənlik daha çox özünü büruzə verir. Onlar kişilərin sədaqətinə və etibarına çox da inanmırlar.

4-cü qan qrupu olan insanlar ətrafdakıları özlərinə tez cəlb etməyi bacaranlardır. Bu insanların əsas məqsədi həyatda mümkün olan hər şeyi əldə etməkdir. Bir çox hallarda hisslərini cilovlaya bilməyən bu qrup insanlar gözlənilməyən və qəfil hərəkətləri ilə fərqlənirlər. 4-cü qrup qan daşıyıcıları öz iradələrinə tabe ola bilmirlər, öz istəklərinin quluna çevrilirlər. Hər şeyin birdən-birə əldə olunmasının mümkünsüzlünü qəbul edə bilməyən bu insanlar nəticədə mənəvi cəhətdən əziyyət çəkirlər. Bu qrupa aid olan kişilər intim münasibətdə fəaldırlar və özlərini bu sahədə əvəzolunmaz sayırlar. O cümlədən ağıllı və hiyləgərdirlər. Bu qrupun qadınları tələbkar və özlərinə qarşı diqqətlidirlər. Onlar özlərinə həyat yoldaşı seçərkən ən xırda məsələlərə belə həssaslıqla yanaşırlar.

Damarlarınızda hansı qrupun qanını daşımağınızdan asılı olmayaraq çalışın ki, səmimi, mehriban, doğmalarınıza və cəmiyyətimizə gərəkli insan olasınız.
Modern.az

Xəbərlər     Baxılıb: 5393   Tarix: 17 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

kosmetoloq makiyaj etmek qaydalari makiyaj instagram əbdürrəhim bəy haqverdiyev yasil pomidor tutmasi kosmetoloqiya qadın sonsuzluğu kosmetika oxu az ikizler qoğalın nağlı uzeyir hacibeyli qiz evi haxista