Əgər təriniz ağ iz buraxırsa, deməli... - bu qidalardan yeyin: Həkim açıqladı

Əgər təriniz ağ iz buraxırsa, deməli... - bu qidalardan yeyin: Həkim açıqladıElektrolitlərin sağlamlıq üçün mühüm əhəmiyyətə malik olduğu və kifayət qədər qəbul edilmədikdə ciddi problemlərə səbəb ola biləcəyi bildirilir.
Milli.Az xəbər verir ki, "New York Post"a açıqlama verən Dr. Raj Singh hər kəsin səhhətini qorumaq üçün elektrolitlərə ehtiyacı olduğunu vurğulayaraq, çatışmazlığın bəzi əlamətlərini açıqlayıb.
Onun sözlərinə görə elektrolitlər balanslı qidalanma yolu ilə təmin edilə bilər və zeytun (natrium), banan (kalium), qara lobya (maqnezium) və qatıq (kalsium) kimi qidalar bu baxımdan faydalıdır.
Kişilərin əzələ quruluşuna görə daha çox elektrolitə ehtiyac duya biləcəyini bildirən Dr. Singh xüsusilə həddindən artıq tərləmə, qusma və ya ishal halında əlavə elektrolit qəbulunun vacib olduğunu qeyd edib. Elektrolit çatışmazlığının əsas əlamətləri arasında əzələ spazmları, yorğunluq, gücsüzlük, baş ağrısı və başgicəllənmə var. Uzunmüddətli çatışmazlıq isə nizamsız ürək döyüntüsü və ya aşağı qan təzyiqi kimi daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssislər müntəzəm olaraq alkoqollu içkilər qəbul edən insanların daha yüksək risk daşıdığını və duzlu tərləmənin də elektrolit çatışmazlığının bir göstəricisi ola biləcəyini bildirir. Bu, tərləmənin parça üzərində ağ iz buraxması ilə müəyyən edilə bilər.
Sodyum xlorid və kaliumun ən vacib elektrolitlər olduğu, lakin maqnezium və kalsium kimi digər mineralların da bədənə maye balansını qorumaq və ümumi sağlamlığı dəstəkləmək baxımından əhəmiyyətli olduğu vurğulanır.
Lakin hər hansı bir qida əlavəsi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1157   Tarix: 28 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma hamiləlik toy gecesi badimcan tursusu hazirlanmasi gilasın faydası agil haqqinda atalar sözləri kliniki ölüm kosmetika şəhid pomidor klitor qadin saglamlig cantalar