Əhalinin DİQQƏTİNƏ! Bu məhsullar UCUZLAŞDI

Əhalinin DİQQƏTİNƏ! Bu məhsullar UCUZLAŞDIBu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Xanim.az-a bildiriblər ki, may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşıb.

Ay ərzində düyünün, kərə yağının, pendirin, meyvə şirəsinin, spirtli içkilərin, qəhvə, çay və kakaonun, soğanın, kartofun, yerkökünün, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, tütün məmulatlarının, pomidorun, xiyarın, göyərtinin, kələmin, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, tozsoranların, velosipedlərin, televizorların, fərdi və planşet tipli kompüterlərin, inşaat materiallarından kərpicin, sementin, su və kanalizasiya borularının, metal kirəmit və keramik plitələrin qiymətlərində bahalaşma, laminat parketinin, pəncərə şüşəsinin, sulu boyanın, keramik plitə yapışdırıcısının, mobil telefonların, noutbukların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

May ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən istehlak həcmi limitdən artıq olan abonent qrupu üzrə təbii qaz təchizatının, respublikadan kənarda istirahət turlarının, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının, məişət cihazlarının, avtomobillərin, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, stomatoloji xidmətlərin qiymətləri bahalaşıb, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbərlər     Baxılıb: 3174   Tarix: 13 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari adlarin menasi reseptler fatimə fətəliyeva i̇mtahana hazırlıq kətə reseptləri hakista sozleri kosmetika uzeyir səməd vurğun zencefil faydalı məsləhətlər veten seirleri