Əhalinin DİQQƏTİNƏ! İşıq pulunun bahalaşması ilə bağlı MÜHÜM XƏBƏR: Bu gün 17:00-dan sonra...

Əhalinin DİQQƏTİNƏ! İşıq pulunun bahalaşması ilə bağlı MÜHÜM XƏBƏR: Bu gün 17:00-dan sonra...Günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edildikdən sonra qiymətlərin dəyişməsi nəzərdə tutulub.

BAKU.WS-in məlumatına görə, bu barədə "kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.

Bildirilir ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. Azərbaycanda qiymətlərin gün ərzində differensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir.

Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, "pik yüklənmə" saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə sənəddə qeyd olunub.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsisçisi, iqtisadçı Qubad İbadoğlu məsələni şərh edərkən bildirib ki, elektrik enerjisində qiymətlərin dəyişməsi bazarın tələblərindən, alıcılıq qabiliyətindən, eyni zamanda istehsal olunmuş enerjinin maya dəyərindən asılıdır.

"İndi bu barədə danışmaq bir az çətindir. Amma inanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin. Böyük ehtimalla işiğin tarifi qalxacaq. Çünki nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya var, digər sektorlarda, bazarlarda ümumi qiymət bahalaşması gedir. Bu kommunal xidmətlər sektorunda da qiymət artımına gətirib çıxarır", - deyə iqtisadçı bildirib.

Energetika Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan müddəalar mərhələli şəkildə həyata keçirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın sözlərinə görə, kommunal xidmətlərin inkişafı üzrə icrası bu ilə planlaşdırılan 8 tədbirin mühüm bir hissəsi artıq yekunlaşmaq üzrədir.

"Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi başa çatmaqdadır. "Elektroenergetika haqqında" qanun layihəsi və " İstilik enerjisindən istifadə qaydaları" hazırlanaraq baxılması üçün Nazirlər Kabinetinə göndərilib. "İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi" prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupunun noyabrda yaradılması razılaşdırılıb", - deyə Z.Əliyeva qeyd etdi.

O bildirdi ki, günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edilməsinə gəlincə, bu il həyata keçirilməsi nəzərdə tutulmasa da 2020-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanda işıq pulu Tarif Şurasının qərarı ilə 2016-cı ilin noyabrında bahalaşıb. Qərara əsasən pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Xəbərlər     Baxılıb: 4152   Tarix: 07 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi gozel gorunmek həkim məsləhəti körpə və ona qulluq biserli uzun donlar süni qidalar klyos donlar 2026 kosmetika vətənə aid bayatılar kahfe fali oglan evi burcler xanim.az