Əhalinin DİQQƏTİNƏ! Sabahdan...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xanim.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Əsasən, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 30-35 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 23-də Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir.
Azərbaycanın şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin