Əhaliyə borclarla bağlı XƏBƏRDARLIQ: Ayın 5-dək...

Əhaliyə borclarla bağlı XƏBƏRDARLIQ: Ayın 5-dək...Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi simsiz daşına bilən (katel) nömrələr üzrə çoxsaylı abunəçilərin xəbərləri olmadan borclandırılması və borcların tələb edilməsi məsələsinə aydınlıq gətirib. Belə ki, iddialara görə, abonent bir ay istifadə etmədiyi halda və nömrə ikitərəfli bağlanır, ancaq aylar üzrə abunə haqqı yığılıb və indi həmin məbləğ tələb edilir. Abunəçi istifadə etmədiyi halda borcun tələb edilməsindən narazıdır.

Nazilikdən verilən cavabda bildirilib ki, artıq bir müddətdir Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelekom") və "Aztelekom" MMC tərəfindən sabit (stasionar) telefon xidməti üçün "öncədən ödəmə" sisteminin tətbiqinə başlanılıb.
"Bu barədə ictimaiyyət məlumatlandırılıb. "Öncədən ödəmə" sisteminin tətbiqində məqsəd göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını almaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin etməkdir. Telefon istifadəçiləri hər ayın 5-dək xidmət haqqını ödəməlidirlər".

Məlumatda vurğulanıb ki, CDMA - simsiz telefon rabitəsinə görə də "öncədən ödəmə" sistemi tətbiq olunur.
"Öncədən ödəmə" sisteminin qaydalarına əsasən, borc ödənmədiyi halda ayın sonuna qədər xidmət birtərəfli qaydada bağlanır. Abunəçi növbəti bir ay ərzində yaranmış borcu ödədiyi halda xidməti aktivləşdirə bilər. Borcun ödənmədiyi 2-ci aydan etibarən isə xidmət ikitərəfli formada dayandırılır. Bundan sonra daha 1 ay telefon nömrəsi şəbəkədə saxlanılır. Yəni 3 ay xidmət haqqı ödəməyən abunəçi xidmətdən istifadə etməsə belə, nömrəni istismar etdiyinə görə xidmət haqqını ödəməlidir. Daha sonra arzu etdiyi halda nömrədən imtina edə və xidməti dayandıra bilər.

Bu baş vermədikdə CDMA nömrəsi şəbəkədən ayrılır. Telefon nömrəsinin şəbəkədən ayrılmasından sonra iki ay ərzində abunəçi yaranmış borcunu ödəməklə, xidməti bərpa etdirə bilər. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilmiş sayılır.

Xəbərlər     Baxılıb: 2918   Tarix: 11 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

sac duzumleri gözəllik məhsulları toy makiyaji sekilleri erroziya nədir baliq yagi göyəm turşusu qış tədarükü kosmetika gozde olar qiz evi haxista zəhmət novruza aid hakisda burclerin uyumu