Əhaliyə XƏBƏRDARLIQ: Diş fırçası alarkən diqqətli olun!

Əhaliyə XƏBƏRDARLIQ: Diş fırçası alarkən diqqətli olun!İnsanın sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə malikdir. Şəxsi gigiyena vasitələri isə insanlara öz sağlamlığı və gözəlliyinin qeydinə qalmağa imkan yaradan geniş çeşidliliyə malik məhsullardır. Bu vasitələrin mühüm qrupunu ağız boşluğuna qulluq vasitələri təşkil edir. Diş fırçası da bu məhsullar qurupuna aiddir və mütləq hər bir insanın orqanizminin xüsusiyyətlərinə uyğun olaraq fərdi qaydada seçilməlidir.
Diş fırçaları alarkən ehtiyatlı olmaq lazımdır. Diş fırçalarını seçərkən nəyə diqqət etmək lazım olduğunu təqdim edirik.
Müasir diş fırçaları formalarına görə müxtəlifdirlər. Onların işlək başlığı müxtəlif ölçü və sərtlikli, sintetik və ya təbii saçaqlardan ibarətdir. Diş fırçaları sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə bölünürlər. Sərt formalı fırçaları əsasən sağlam dişlərə və damaga sahib, eyni zamanda qoyma dişləri olan insanlar istifadə edə bilərlər. Bu formalı fırçalar damaqları maksimum masaj etdiyi halda, digər tərəfdən diş minasının aşınmasına və damaqların zədələnməsinə də səbəb ola bilirlər. Orta sərtlikli fırçaların istifadəsi diş və damağı normal olan əksər insanlar üçün uyğundur. Yumşaq formalı diş fırçaları isə əsasən dişlərində yüksək qanaxma problemi olan şəxslər və uşaqlar üçün tövsiyə olunur. Fırçanın saçağı zədə, qaşınma, qanaxmanın qarşısını almaq üçün lazımi qaydada istehsal edilməli, tutacagı ələ yatımlı olmalıdır.
Hazırda istehsalçılar tərəfindən elektrik diş fırçaları da istehsal edilir. Onlardan həftədə 1-2 dəfədən artıq olmamaq şərtilə istifadə etmək tövsiyə edilir. Nəzərə alınmalıdır ki, bu vasitələrin doğru seçimi bir sıra xoşagəlməz halların qarşısını almağa imkan verəcəkdir.
Normativ sənədlərin tələblərinə əsasən, sərtlik indeksi yumuşaq fırçalar üçün 3, orta sərtlikli fırçalar üçün 5, sərt fırçalar üçün 7 vahiddən artıq olmamalıdır.
Diş fırçasının dəstəyində istehsalçının və ya əmtəə nişanının adı göstərilməli, malın qablaşdırmasında diş fırçasının sərtlik sinfi və müvafiq normativ sənədin nömrəsi əks olunmalıdır. Qeyd olunanlarla yanaşı, fırçanın dəstəyi və ya qablaşdırması üzərində fırçanın sərtlik indeksi barədə də məlumat yerləşdirilə bilər.
Diş fırçası seçərkən natural tükdən istifadə edilmiş fırçaları əldə etməmək tövsiyyə olunur. Belə ki, natural tükdən istifadə olunaraq hazırlanmış diş fırçalarının tükləri daha tez tökülür ki, bu da dişlərin fırçalanaraq təmizlənməsi prosesində onun qoparaq boğaza getməsinə səbəb ola bilər. Həmçinin sintetik materiallarda bakteriyalar daha nadir hallarda yayılır. Bu səbəbdən sintetik saçaqlı diş fırçası əldə etmək daha məqsədəuyğundur.
Diş fırçasının tutacağı və baş hissəsinin birləşdiyi yerin elastik olması mühüm əhəmiyyət daşıyır. Belə ki, elastik birləşmə dişlərə olunan təzyiqin avtomatik tənzimlənməsini təmin edir, dişlərin təmizlənməsi və masajını optimallaşdırır. Onu da nəzərə almaq lazımdır ki, seçim edərkən kiçik başlı fırçalara üstünlük verilməsi məsləhətdir. Diş fırçasının başı 3 diş uzunluğundan artıq olmamalıdır. Bu xüsusilə arxa dişlərin təmizliyi üçün vacibdir.
Dişlərin təmizlənməsi dişlər və ağız boşluğu üçün faydalı olmaqla yanaşı həm də təəccüblü də olsa, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə dişlərə gündəlik qulluq arteriyalarda qan dövranını yaxşılaşdırır, ürək tutmalarının və insultun qarşısını almağa kömək edir.
Diş fırçası ağız boşluğunu zədələməməli, elektostatik olmamalı və tüklərinin ucu yuvarlaq olmalıdır. Yuvarlaq uclu fırçalar selikli qişanın zədələnməsinin qarşısını alır. Tükləri müxtəlif uzunluğa malik diş fırçaları dişlərin daha yaxşı təmizlənməsinə imkan verir.
Stomatoloqlar tərəfindən dişlərin gündə iki dəfə yuyulması tövsiyə edilir. Axşam yatmazdan əvvəl yuyulması isə əsas gigiyenik prosedur qaydası hesab edilir. Belə ki, gün ərzində dişin dibində toplanmış qida qalıqları bakteriyaların kəskin artımına, daha sonra isə kariyesin yaranmasına, diş kökünün xəstəliyinə səbəb ola bilər.
Diş fırçaları asan çirkləndiyinə görə onların təmizliyinə ciddi riayət olunmalıdır. İstifadə edilib qurtardıqdan sonra mikroorqanizmlərin çoxalmasının qarşısını almaq üçün diş fırçası isti suyun altında yuyulmalı və yalnız üfüqi formada saxlanmalıdır. Fırçanı nəm halda bağlı futlyara qoymaq olmaz.
Diş fırçasına zəmanət verilmir və onun yararlılığı ondan necə istifadə edilməsindən, müddətindən asılıdır. Diş fırçasının orta xidmət müddəti 2,5-3 aydır. Yeni diş fırçası diş ərpini 3 ay istifadə edilmiş fırçası ilə müqayisədə 25-30% daha yaxşı təmizləyir. Tükləri deformasiya olmuş diş fırçası mütləq dəyişdirilməlidir. İki nəfərin bir fırçadan istifadə etməsi yolverilməzdir.
İstər istehlakçılar, istərsə də satıcılar bilməlidir ki, diş fırçası Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısına daxildir və onlar alındıqdan sonra dəyişdirilə və geri qaytarıla bilməz. (olke.az)

Xəbərlər     Baxılıb: 1619   Tarix: 02 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzün solğun olması hər zaman qanazlığı demək deyil - Həkim

"Üzün solğun olması yalnız qanazlığı demək deyil". xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib. Onun sözlərinə görə, qanazlığında solğunluq müşahidə oluna bilə

.

Yeməkdən dərhal sonra çay içirsinizsə, bir daha düşünün

Bir çoxumuz üçün yeməkdən sonra tünd bir çay içmək əvəzedilməz bir vərdişdir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş orqanizmimiz üçün ciddi fəsadlar törədə bilər.  yeməkdən dərhal sonra çay içməyin əsas zərərlərin

.

Qış aylarında immuniteti gücləndirən qidalar və vitaminlər hansılardır? - AÇIQLAMA

Qış aylarında immunitet zəiflədiyi üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır. xəbər verir ki, diyetoloq Maryana Cutovanın sözlərinə görə, rasionda C, D, A və E vitaminləri, həmçinin sink, dəmir və selenlə zəngin qidala

.

Azərbaycan kişiləri dünyada 4-cü yerdədir

Azərbaycan kişiləri orta testosteron göstəricisinə görə dünya üzrə 4-cü sırada yer alır. xəbər verir ki, bu barədə "World Population Review" tərəfindən dərc edilən araşdırmada göstərilib. Statistik məlumatlar ölkəd

.

Robotlar həkimləri əvəz edəcək? - Elon Musk tibb təhsili almamağa çağırdı

ABŞ-li milyarder Elon Musk gənclərə tibb təhsili almamağı tövsiyə edib. -ın məlumatına görə, Musk bildirib ki, rəhbərlik etdiyi "Tesla" şirkətinin istehsal etdiyi "Optimus" robotları yaxın üç il ərzind

.

Qəbizliyə səbəb olan gündəlik vərdişlər

Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik vərdişlərdən danışıb. -a istinadən xəbər verir ki, həkim qəbizliyin əsas səbəblərindən biri kimi balanssız qidalanmanğı göstərib. O bildirib: "Norma

.

50 yaşdan yuxarı qadınlara xəbərdarlıq

50 yaşdan yuxarı qadınlar qida rasionlarına xüsusi diqqət yetirməlidir, çünki bəzi qidalar xərçəng riskini artıra bilər. Həkim xüsusilə ağ çörək və rafinə edilmiş karbohidratların istehlakının azaldılmasını tövsiyə edib

.

Çox istifadə edilən bəzi qidaların zərərləri açıqlandı

"Mağazadan alınan şaurma yemək qan təzyiqini və qanda şəkəri artıra bilər".  xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena İqnatikova "Moskva 24"ə açıqlamasında bildirib. Problemin əsas səbəbi klassi

.

Maqnezium hansı qidalarda var? - Sağlamlıq üçün 10 möcüzəvi mənbə

Maqnezium bədənimizdə 300-dən çox biokimyəvi prosesdə iştirak edən həyati əhəmiyyətli bir mineraldır. Enerji istehsalından əzələ fəaliyyətinə qədər bir çox funksiyanı yerinə yetirən bu mineralın çatışmazlığı yorğunluq, stres

turlar.az

sade makiyaj sekilleri makiyaj instagram makiyaj etmek qaydalari xallarin menasi uc baci dolmasi faydalı bitkilər xalq mahnilari sozleri kosmetika meseller vetene aid atalar sozleri opusme saglam qidalanma balıq