Ekzotik meyvələrin faydası

Ekzotik meyvələrin faydasıDükanlarda hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri və həmçinin əks-göstərişləri var.
İlk növbədə nəzərinizə çatdıraq ki, bu meyvələrin əksər hissəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər. Allergiyalara meyilli olan insanlar və kiçik yaşlı uşaqlarda belə reaksiyaların ehtimalı daha yüksəkdir.
Bu səbəbdən ilk dəfə olaraq hər hansı ekzotik meyvə qəbul etdikdə ehtiyatlı olun, meyvənin kiçik tikəsi ilə kifayətlənin.
Ekzotik meyvələri yalnız dəymiş şəkildə qəbul edin, kal meyvələrin qəbulu təhlükəli ola bilər.
Avokado
Bu meyvə xolesterinin səviyyəsini aşağı salır, qara ciyərə müsbət təsir edir, qanın tərkibini yaxşılaşdırır, anemiya ilə mübarizədə kömək edir.
Avokado güclü antioksidant xüsusiyyətlərinə malikdir və bu səbəbdən orqanizmin qocalmasını ləngidir, dərini cavanlaşdırır, orqanizmi müxtəlif növ xərçəng xəstəliklərinin inkişafından qoruyur.
Ürək üçün çox xeyirlidir. Həm kişi, həm də qadınların cinsiyyət sisteminə müsbət təsir edir.
Avokadonun tərkibində çoxlu miqdarda yağlar və zülallar var ki, bu meyvə ən qidalı meyvə sayılır.
Avokadonun çəyirdəyi çox zəhərlidir.
Ananas
Artrit, bronxit, pnevmoniya, infeksion xəstəliklər zamanı çox xeyirlidir. İmmuniteti möhkəmləndirir. Damarları təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və bu səbəbdən ateroskleroz, infarkt, insult kimi ağır pozulmaların profilaktikasında istifadə oluna bilər.
Sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir. Mübadilə prosesləri sürətləndirir. Həzm prosesləri yaxşılaşdırır və sürətləndirir. Əgər qida qəbulundan sonra siz mədədə ağırlıq hiss edirsinizsə, 1 tikə ananas yeyin.
Ananas qanı duruldur və bu səbəbdən varikoz xəstəliyi, tromboflebit zamanı çox xeyirlidir.
Mədə və 12 barmaq bağırsağı xoraları və eroziyaları, qastrit olan insanlar ananası qəbul etməməlidir. Ananas selikli qişaları qıcıqlandırır.
Banan
Bu meyvə bizim rasionda artıq öz yerini tutub. Banan ürək üçün çox xeyirlidir. Ürək xəstələri olan insanlar hər gün 1 banan yeməlidir.
Pektin maddələri və sellülozla zəngin olan banan həzm proseləri yaxşılaşdırır, bağırsaqları təmizləyir.
Banan çox yaxşı enerji mənbəyidir, insanın tonusunu və əhval-ruhiyyəsini yaxşılaşdırır.
Banan əqli fəaliyyəti stimullaşdırır, kişilərdə potensiyanı artırır, spermatogenezə (spermatozoidlərin hazırlanması) müsbət təsir edir.
Körpələrin qidalandırılmasında bu meyvə çox geniş istifadə olunur.
Şəkərli diabetdən əziyyət çəkən insanlar bu meyvəni qəbul etməməlidir.
Karambola
Qanda xolesterinin səviyyəsini aşağı salır, immuniteti gücləndirir, orqanizmin infeksiyalara olan davamlılığını artırır. Ürək üçün xeyirlidir, arterial təzyiqini normallaşdırır, baş ağrıları ilə mübarizədə kömək edir.
Qreypfrut
Güclü ödqovucu təsirinə malikdir. Qara ciyərin fəaliyyətini aktivləşdirir. Orqanizmi şlaklar və toksinlərdən təmizləyir.
Damarları təmizləyir və onların divarlarını möhkəmləndirir, aterosklerozla mübarizə edir. İmmuniteti möhkəmləndirir. Arıqlamağa kömək edir.
Mədə xəstəlikləri zamanı bu meyvənin qəbulu tövsiyə edilmir.
Kivi
Bu meyvə də bizim üçün artıq ekzotik sayılmaya bilər. C vitamini ilə zəngin olan kivi immuniteti möhkəmləndirir, orqanizmi infeksiyalardan qoruyur. Qan təzyiqini və şəkəri aşağı salır.
Həzm prosesləri stimullaşdırır, qəbizliklə mübarizə edir.
Kokos
Kokos qalxanvari vəzi, ürək-damar sistemi, gözlər, oynaqlar üçün çox xeyirlidir. Aterosklerozla mübarizə edir, xəsrçəng xəstəliklərinin profilaktikasında böyük rol oynayır, bağırsaqların fəaliyyətini stimullaşdırır. İmmun sistemini möhkəmləndirir, iltihabəleyhinə təsirinə malikdir.
Kosmetologiyada müxtəlif maskaların, kremlərin, şampunların tərkibində çox geniş istifadə olunur.
Kokos südü xüsusilə faydalıdır. Onun tərkibində müxtəlif vitaminlər, mikroelementlər, yağlar, zülallar var. Bu süd xəstə, zəiflənmiş insanlar üçün olduqca xeyirlidir.
Manqo
Ürək-damar sistemi və böyrəklər üçün xeyirlidir. Virusəleyhinə təsirinə malikdir, gözlər və dəri üçün xeyirlidir. Orqanizmdə gedən qocalma prosesləri ləngidir, dərini çavanlaşdırır.
Marakuya
Ürək-damar sistemi üçün çox xeyirlidir. Sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu yaxşılaşdırır, depressiya ilə mübarizədə kömək edir.
Mübadilə prosesləri yaxşılaşdırır, artıq çəki ilə mübarizədə kömək edir.
Meyvənin qabığı zəhərlidir. Marakuya allergiyaya səbəb ola bilər.
Papaya
Qanda xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı olduqca xeyirlidir. Qurdəleyhinə təsir edir. Bronxial astma zamanı xeyirlidir.
İltihablarla mübarizə aparır, psoriaz xəstəliyi zamanı müalicəvi təsir edir, üz dərisini təmizləyir.
Allergiyaya səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1287   Tarix: 17 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var

Pişiklər birbaşa müalicə etmir, lakin onların insanın yanında olması psixoterapevtik təsir göstərərək ağrının azalmasına kömək edə bilər.  xəbər verir ki, bu barədə veterinar həkim Yelena Frolenko bildirib. Onun sözlərin

.

Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı

Qastroenteroloqlar qarında şişkinliyi azaltmaq üçün sadə üsulları açıqlayıblar. xəbər verir ki, əsas səbəblərdən biri kifayət qədər su içməməkdir. Bu halda qidalar bağırsaqda daha gec həzm olunur və qaz yaranması artır. Mütəxəssislə

.

ÜST-dən növbəti xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səhiyyə sahəsində son illərdə əldə edilən nailiyyətlərin geriləmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın dərc etdiyi "Düny

.

1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir

Yer kürəsində təxminən 1.2 milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir. xəbər verir ki, bu barədə "Lancet" nəşri məlumat yayıb. "Son 33 ildə bu rəqəm ikiqat artıb. Narahatlıq pozğunluqları, klinik depressiya

.

Bu çay qaraciyərə zərər verə bilər

Yaşıl çay sağlamlıq üçün olduqca faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta bu içkinin də bəzi yan təsirləri ola bilər. xəbər verir ki, mütəxəssislər apardığı araşdırma nəticəsində çay kolu bitkisini

.

Şampuna bunları əlavə edin: Saçlar qalın, möhkəm olacaq və TÖKÜLMƏYƏCƏK

Saç tökülməsi və zəif saç telləri bir çox insanın ən çox şikayət etdiyi problemlərdən biridir. -ın məlumatına görə, mütəxəssislər isə bildirirlər ki, bəzi təbii əlavələrdən düzgün istifadə saçların daha qalın, möhkəm və sağla

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır

İlin yalnız müəyyən dövrlərində tapılan bu xüsusi ot həm ləzzəti, həm də faydaları sayəsində bir çox insanın piştaxtalarda ilk axtardığı məhsullar sırasındadır. xəbər verir ki, qanqal bahar aylarının gəlişi ilə yenidən bazarlard

.

Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?

Ampullar açılarkən yaranan mikroskopik şüşə hissəciklərinin dərmanın içinə düşməsi ehtimalı tibb mütəxəssislərinin uzun illərdir diqqət mərkəzində olan mövzularından biridir. -ın məlumatına görə, yavaş çəkilişlə aparıla

turlar.az

makiyaj instagram makiyaj etmek qaydalari geyim seçimi qadinda cinsi isteksizlik zeytun mürəbbəsi qadindunyasi.az ət yeməkləri kosmetika usaq geyimleri vetene aid bayati vetene aid atalar sozleri qaynanaya aid aydin sani