Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - Sensasion iddialar

Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - Sensasion iddialarSabiq nazir hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda qadağalar tətbiq edib, Alışanovu işdən çıxarıldığı günədək öz adamları vasitəsilə nəzarətində saxlayıb.

2015-ci ilin oktyabrında MTN çetesinin ifşasından sonra məlum oldu ki, sabiq nazir Eldar Mahmudov bir sıra nazirlikləri öz nəzarəti altına alıbmış, orada özünün adamlarını yerləşdirərək öz aləmində "dərin dövlət" qurubmuş. Tezliklə bu ifşa bir sıra dövlət məmurunun işdən çıxarılması və həbsi ilə nəticələndi. Amma bu çetenin tam ifşa olunmadığı barədə iddialar hələ də var.

O zaman Eldar Mahmudovun ən yaxın adamları sırasında bu günlərdə işdən çıxarılan AzTV sədri Arif Alışanovun da adı vardı. Məsələn, iddia olunurdu ki, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub. Məlumata görə, Arif Alışanovun Eldar Mahmudovun "tələsinə" düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub.

Orxan Əkbərov

Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini "aylığa" otuzdurub. Üstəlik, ona müəyyən adamlar - o cümlədən hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda göstərişlər verib, onların ekranda görünməsi və təbliğini sifariş edib. Eləcə də bəziləri ilə bağlı da qadağalar tətbiq edib. Amma media bu məsələnin üzərinə də çox gedə bilmədi.

A.Alışanov isə keçmiş milli təhlükəsizlik naziri ilə əlaqələrinin olmadığını "sübut etmək" üçün hətta onun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişləri dövlət televiziyasının arxivindən silib. Bu barədə yazan yerli medianın xəbərində deyilirdi ki, AzTV-nin sədri bu addımı "MTN işi"ndən narahat olduğuna görə atıb.

Amma müəyyən səbəblərdən azadlıqda qalan E.Mahmudov Alışanovu yenə nəzarətsiz buraxmayıb. A.Alışanovun yanına hələ nazir olduğu vaxt bir neçə adamını yerləşdirib ki, onların hazırda "təmizlənməsi" prosesi başlanıb. Onlardan biri də Alışanovun "sağ əli"nə çevrilən Nadir Axundov olub. Eldar Mahmudovun bacanağı olan N.Axundovun qohumu nazir olduğu dönəmdə AzTV rəhbərliyinin qapısını az qala təpiklə açdığı deyilir.

Yanvarın 24-də "Mədəniyyət" kanalının müdir müavini Nadir Axundovun işdən çıxarılması barədə xəbər yayılıb (qafqazinfo). Amma sonra bu xəbər təsdiqlənməyib. Virtualaz.org isə yazır ki, N.Axundov hələ AzTV-də işlədiyi müddətdə bir sıra qalmaqallar və rüşvət ittihamları ilə gündəmə gəlib.

İxtisasca fleyta ifaçısı olan N.Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohumluq əlaqələrindən istifadə edərək televiziyanı istədiyi kimi idarə edib. Əvvəl AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri olub, amma rüşvət alması ittihamlarından sonra "mədəniyyət" kanalına sədr müavini təyin olunub. Lakin burada da Muğam müsabiqəsi zamanı iştirakçılardan rüşvət alması, münsiflər heyətinin üzvlərini idarə etməsi kimi iddialar səsləndirilib.

Xəbərlər     Baxılıb: 1500   Tarix: 25 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli gozel gorunmek gelinlikler kelem tutmasinin hazirlanmasi hamiləliyə hazırlıq balıq və dəniz məhsulları gözəl geyimlər kosmetika bayati cantalar klitor atalar sözü kurtlar vadisi