Elektroforez çox təsirli müalicə üsuludur

Elektroforez çox təsirli müalicə üsuludurTəəssüf ki, hal hazırda fizioterapevtik müalicə üsulları bir qədər unudulub və daha nadir hallarda istifadə olunur.
Lakin bu tam ədalətsizdir. Saglamolun.az bildirir ki, fizioterapevtik üsullar çox təsirli və sınanmış müalicə üsullarıdır. Bu üsullar tam ziyansızdır və insan orqanizminə heç bir yanaşı təsir etmir. Bu səbəbdən fizioterapevtik üsullar hətta hamilə qadınların və  yenidoğulmuş uşaqların müalicəsində istifadə olunur.
Fizioterapevtik müalicəsinin üsullarından biri elektroforezdir (buna həmçinin "ionoforez", "ionoterapiya", "ionohalvanizasiya" deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.
"Elektroforez" terminin iki hissədən ibarətdir - "elektro" - elektrik cərəyan və "forez" - yunan dilində "daşınma", "köçürmə" deməkdir.
Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir.
Elektroforez proseduru zamanı insanın bədəninin müəyyən sahələrinə dərmanda isladılmış parça (xaricdə daha tez-tez gel şəklində dərmanlar istifadə olunur), üzərinə qoruyucu qat (yumşaq parça) və bu bunun üzərinə isə elektrodlar qoyulur. Apparat elektrik səhə əmələ gətirir və bu elektrik sahədə dərmanın ionları hərəkət etməyə başalayır.
Elektroforez digər üsullarla da həyata keçirilir (xüsusi vannalar istifadə oluna bilər və s.). Bəzən dərman orqanizmə oral (ağızdan), damardaxili və ya əzələdaxili yeridilir və sonra xəstə sahəyə elektrodlar qoyulur (xüsusilə nəfəsalma sistemi xəstəlikləri zamanı istifadə olunur).
Elektroforez proseduru 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, müalicə kursu 10-20 seans təşkil edə bilər. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay (bundan tez yox) sonra müalicəni təkrar etmək olar. Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə prosesləri normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır və s..
Dərman preparatların elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var: dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır, yanaşı təsirlərin riski azdır, prosedur tam ağrısızdır, dərinin tamlığı pozulmur və s.
Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt verməyəcək. Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman effektli müalicə üçün daha az dozalarda istifadə oluna bilər.
Elektroforez həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.
Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:
- ürək-damar sistemi xəstəlikləri,
- ateroskleroz,
- hipertoniya,
- hipotoniya,
- cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində,
- yanıqların müalicəsində,
- oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları),
- LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit),
- qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası),
- prostatit, sistit, pielonefrit zamanı,
- xroniki bronxitin müalicəsində,
- sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqren,
- vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu,
- ağız boşluğu və dişlərin iltihabları və s.
- pediatriyada elektroforez geniş istifadə olunur.
Elektroforez adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsullsrı ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforezuşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.
Elektroforez zamanı müalicənin məqsədindən asılı olaraq bu kimi dərman preparatları istifadə oluna bilər: brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s.
Elektroforez seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.
Elektroforezin müəyyən əks-göstərişləri var:
- şiş xəstəlikləri,
- ürək çatışmazlığı,
- yüksək hərarət,
- kəskin iltihablar,
- ekzema, dermatit,
- elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması,
- elektrik cərəyana qarşı dözümsüzlük,
- istifadə olunan dərman preparatına qarşı allergiya.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1701   Tarix: 18 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari qadın geyimi kişi sonsuzluğu piodermiya nedir ana və uşaq razyana çayı kosmetika bayatı novruz bayramina aid hakista əfsanələr penis uşaq şeirləri