Əli Həsənovun nəvəsinin "Gelandawagen"ində yanaraq ölən Mehdinin anası ÜSYAN ETDİ - "Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qa

Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş Baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Gelandewagen" markalı avtomobilin həmin qəzada həlak olan sürücüsü Mehdi Əliyevin anası Nazilə Əliyeva "Ölkə.Az"-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Xanim.az sözügedən müsahibəni sizə təqdim edir.

"Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim"

– Hadisədən necə xəbər tutdunuz?

– Gəlinim xəbər verdi. İnternetdə yazılanda ki, qəzaya uğrayan avtomobili Mehdi Əliyev idarə edirmiş, ölümü görüb qayıtdım. Ancaq əmin idim ki, Mehdi heç zaman maşını elə sürətlə sürməz. Oğlum harın uşaq deyildi, o zəhmətlə böyümüşdü, ali təhsilli idi, hərbi xidmətdə olmuşdu. Oğlumu tanıyan adamlar onun qanacağından bəhs edərdilər.

Oğlu qəzada ölən ana: "Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar" - MÜSAHİBƏ

Digər tərəfdən isə maşın oğlumun deyildi. O heç zaman əmanət edilən maşını sürətlə sürməzdi. Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim. Onu, özümü qınayıb deyirdim ki, axı nə üçün bərk sürmüsən? Utandığımdan insanların üzünə baxa bilmirdim. Ancaq iki gün sonra məlum oldu ki, sükan arxasında oturan adam oğlum olmayıb, bir az ürəyim toxtadı. Düşündüm ki, mənim balam təqsirkar deyil.

"Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib"

– Əli Həsənov və ailəsindən kimlər sizə başsağlığı verib?

– Doğrudur, hadisə baş verən günün səhərisi Nail Allahverdiyevin atası və ya qohumları maraqlanmışdı. Oğlumun cənazə işlərinə də köməklik göstərirlər. Ancaq bütün bunlar mənə təsəlli verə bilməz. Mən anayam və sağ-salamat igid oğlumu itirmişəm. Cəmi bir oğlum var idi, ailəmizi o dolandırırdı. Mən oğlumu istəyirəm. Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib. Çox istəyirdim ki, Nailin anası gəlib mənimlə görüşsün. Çox istəyirdim ki, anası gəlib görsün mən nə əzablar çəkirəm. Mənə onların heç nəyi lazım deyil, oğlumu geri qaytarsınlar. Mənə Əli Həsənovun heç nəyi lazım deyil, Nail Allahverdiyevə hansı cəzanın verilməsi mənim üçün əhəmiyyətli deyil, mənə oğlum lazımdır. Lap istəyirlər, sabah Naili azadlığa buraxsınlar, bu məni zərrə qədər də maraqlandırmır. Mən oğlumu istəyirəm. Guya sabah onu azadlığa buraxmayacaqlar? Lap indi açıb buraxsınlar, amma mənim oğlumu qaytarsınlar. Onların mənə heç nəyi lazım deyil. Onun körpə balası yetim qalıb. Bir oğlum var idi, onu min zəhmətlə atasız, müəllimə maaşımla böyütmüşəm. Ailədə bizə baxan yeganə adam idi.

"Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu"

– Oğlunuz Nail Allahverdiyevlə necə tanış olmuşdu?

– Oğlum onların yanında sürücü kimi işə düzəlmişdi. Oğlumun birdən-birə varlı bir ailə ilə tanışlığı da sırf işlə bağlı olub. Daha harın həyat tərzi yaşamaq üçün getməmişdi. Oğlum hərdən mənimlə söhbətində də deyirdi ki, mən ora sırf işə üçün getmişəm, ailəmizi dolandırmaq lazımdır. Təqribən bir ilə yaxın idi ki, onların yanında sürücü kimi işə düzəlmişdi.

Oğlu qəzada ölən ana: "Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar" - MÜSAHİBƏ

Oğlum ağıllı, qanacaqlı övlad idi. Rəhmətlik haqqında heç kəs bir kəlmə də pis söz deyə bilməz. Bütün məhlə onun qanacağına bələd idi. Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu. Heç körpə balasını doyunca görə bilmədi. Onun bütün amalı ailəsi və körpə balası ilə bağlı idi. Oğlum ancaq bunun üçün yaşayırdı. Özü əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək. Atasını itirəndə Mehdinin 15 yaşı vardı. Həyat yoldaşım xəstə olduğu üçün onun ölümünü birtəhər qəbul etmişdik. Ancaq sağ-sağlam oğlumun ölümünü qəbul edə bilmərəm. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dərs deyirəm, aldığım maaş çox azdır. Oğlum işləyib qazanıb bizi dolandırırdı. Evin kişisi o idi. Ona görə də özünü oda-gözə vururdu. Evə qazanc gətirmək üçün bütün zəhmətə qatlaşırdı.

"Astan Şahverdiyev yalan danışdığına görə utanıb yerə girsin!"

– Hadisə törədilən vaxtı deputat Astan Şahverdiyev oğlunuzu təqsirli bilərək, sükan arxasında rəhmətlik Mehdi Əliyevin olduğunu iddia etmişdi. Bütün bunlardan xəbəriniz var idimi?

– Gərək o deputat yalan danışdığına görə utanıb yerə girsin! Heç nədən utanmırsa, heç olmasa yalan danışmasın. Yalan danışmaqdan qorxmursa, Allahın qəzəbindən qorxsun. Mən o iki gündə nə əzablar çəkmişəm, bunu Allah bilir.
Əli Həsənovun nəvəsinin "Gelandawagen"ində yanaraq ölən Mehdinin anası ÜSYAN ETDİ - "Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaƏli Həsənovun nəvəsinin "Gelandawagen"ində yanaraq ölən Mehdinin anası ÜSYAN ETDİ - "Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qa

Xəbərlər     Baxılıb: 2094   Tarix: 08 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta

.

Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq

Simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. xəbər verir ki, tədqiqat "Sciencefic Reports" Jurnalında dərc edilib. Alimlər xüsusilə qulağı

.

İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar

Böyük Britaniya sağlamlıq rəsmiləri Kenterberidə artıq iki gəncin ölümünə səbəb olan bakterial Menengit B epidemiyasını araşdırır. Hazırda təsdiqlənmiş və şübhəli halların sayı 20-yə çatıb.  xəbər verir ki, menengit beyi

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Ən faydalı MEYVƏ

"Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur". qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib. Onun sözlərinə görə, kivi mədə-bağırsa

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün

Demək olar ki, hər növ çörək istehlak edirik. Lakin çörək növləri arasındakı fərqlər sağlamlığımıza ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə paketlənmiş ağ tost çörəyi kimi ultra-işlənmiş məhsulların qida dəyərini

.

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Ani başlayan başgicəllənməsi xəstəlik əlaməti ola bilər. xəbər verir ki, bu, çox vaxt sadə problem kimi qəbul edilsə də, bu vəziyyət daxili qulaq mənşəli bəzi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə başgicəllənməsinə qulaqd

.

Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı

Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar

turlar.az

gozel gorunmek aksessuarlar adlarin menasi müsabiqələr qonaq otaqlarinin dizayni qadinda cinsi isteksizlik gün vurmanın əlamətləri kosmetika qu quşu lakonizm rəksanə veten xocali