"Əli yatmışdı, oyatmaq istəyəndə gördük keçinib
Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva "Elgizlə izlə" proqramına telefonla bağlanıb.
Open.az xəbər verir ki, o, bacısı oğlunun vəfatından danışıb.
Dostəliyeva bayramı qeyd etmək üçün hamının Nazpərinin evinə yığışdığını bildirib: "Oturmuşduq, Əlinin ürək döyüntüsü sürətlənmişdi. Dedi, ürəyim bərk döyünür. Zarafat etdim ki, bəs ürək döyünməsə, insan yaşamaz. Bayram plovu hazırlamışdıq, hamı yığılmışdı. Dedi, siz yeyin, uzanacam. Əvvəl təzyiqi qalxmışdı, ölçdük ki, o da normaldı. Getdi uzandı. Getdim ki, oyadım, gördüm keçinib. Elə yuxuda da dünyasını dəyişib. Heç təsəvvür etməzdik ki, ölə bilər".
Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var. Sənətçinin hər iki oğlu ailəlidir, onların hərəsinin iki övladı var.









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?